Z-Library (z-lib kimi qısaldılmışdır, əvvəllər BookFinder) — elmi jurnal məqalələrinə, akademik mətnlərə və ümumi təyinatlı kitablara faylın birgə istifadəsi üçün kölgə kitabxanası layihəsi. Kitablarının çoxunun qaynağı Library Genesis-in güzgüsü kimi fəaliyyətə başladı.
Alexa Traffic Rank xidmətinə görə, Z-Library 2021-ci ilin oktyabr ayında ən aktiv veb saytlar arasında 8182-ci yeri tutdu. Z-Library xüsusilə inkişaf etməkdə olan ölkələrdə və elm adamları arasında populyardır. 1 yanvar 2023-cü il tarixinin reportuna görə, Z-Library 11.828.754-dən çox kitab və 84.837.643 məqaləyə malikdir. Təşkilat özünü "dünyanın ən böyük elektron kitab kitabxanası" ilə yanaşı "dünyanın ən böyük elmi məqalə mağazası" kimi təsvir edir və ianələr hesabına dəstəklənən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir.
Z-Library layihəsi və fəaliyyəti bəzi yurisdiksiyalarda qanunsuz hesab edilə bilər. 2022-ci ilin noyabrında vebsaytın clearnet domenləri ABŞ Ədliyyə Nazirliyi tərəfindən müsadirə edildi və layihə ilə əlaqəli iki Rusiya vətəndaşı müəllif hüquqlarının pozulması və çirkli pulların yuyulması ittihamı ilə Argentinada həbs edildi. Veb saytın müsadirə olunması məzmunun əlçatanlığını azaltsa da, məzmun hələ də dark web-də mövcuddur. Layihənin hüquqi statusu, habelə onun nəşriyyat sənayesinə və müəllif hüquqlarına potensial təsiri davamlı müzakirə mövzusudur.
Hüquqi problemlərə baxmayaraq, Z-Library layihəsi istifadəçilərdən, xüsusən də az maliyyələşdirilən qurumların tələbələri və tədqiqatçıların tərəfindən xeyli dəstək aldı. Bəzi müəlliflər, dəyərli bir xidmət göstərdiyini, bilik əldə etməyi genişləndirdiyini və imkansız icmalarda təhsili təşviq etdiyini iddia edərək layihəni müdafiə edirlər.
Tarix Layihənin səhifələrindəki altbilgidə "2009-cu ildən bəri pulsuz elektron kitablar" ifadəsi var.
Hüquqi status Z-Library müxtəlif domenlər arasında keçid edir, bəziləri domen qeydiyyatı operatorları tərəfindən bloklanır. Z-Library alternativ domenlər vasitəsilə əlçatan qalır və tor ilə əlaqəli şəbəkə vasitəsilə də mövcuddur — .onion.
4 noyabr 2022-ci il tarixinə görə Z-Library heyəti yalnız hostinq problemini bildirdilər; bu sırada tor şəbəkəsindəki gizli veb sayt xidməti hələ də mövcud idi. 7 noyabr 2022-ci il tarixindən etibarən ən azı iki Z-Library clearnet domeni də işləyirdi. 2022-ci ilin noyabr ayında bir çox Z-Library domen adları ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu tərəfindən müsadirə edildi. Bununla birlikdə, 2022-ci ilin noyabr ayından etibarən Z-Library veb saytı tor şəbəkəsi və I2P şəbəkəsi vasitəsilə aktiv və əlçatan olaraq qalır.
İstinadlar
Kateqoriya:Kölgə kitabxanaları Kateqoriya:Axtarış sistemləri Kateqoriya:2009-cu ildə yaranan saytlar Kateqoriya:Əqli mülkiyyət islahatı fəalları Kateqoriya:İngilis dilində veb-saytlar