Antropoid əməliyyatı () — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi (1939–1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941–1942) SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən) Reynhard Heydrixin məhv edilməsi əməliyyatının kod adı. Əməliyyatı Britaniya kəşfiyyat idarəsi "Xüsusi Əməliyyatlar Müdirliyi" və Çexoslovakiyanın Azadlığı üzrə Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) birgə hazırlayıb həyata keçirib. Sui-qəsd 27 may 1942-ci ildə Praqada Çexoslovakiya Müqavimətinin iki üzvü, slovak Yozef Qabçik və çex Yan Kubiş tərəfindən həyata keçirilib. İyunun 4-də Heydrix aldığı yaralardan ölüb."Heydrich Is Dead; Czech Toll At 178," pg 1, The New York Times, 5 June 1942.
Çexoslovaklar sürgündə olan hökumətə legitimlik verməyə kömək etmək və Heydrixin qəddar hakimiyyətinə son vermək üçün əməliyyatı öz üzərinə götürdülər. Əməliyyat Böyük Britaniya Xüsusi Əməliyyatların Təşkili idarəsinin köməkliyi ilə həyata keçirildi. Əməliyyat İkinci Dünya müharibəsi zamanı yüksəkrütbəli nasist liderinin məhvinin hökumət tərəfindən maliyyələşdirməsi təsdiqlənmiş yeganə hadisədir. Heydrixin ölümü kəndlərin dağıdılması və dinc əhalinin kütləvi şəkildə öldürülməsi də daxil olmaqla SS qoşunlarının repressiya dalğasına səbəb oldu.
Həm sui-qəsd, həm də onun nəticələri haqqında Çexiya, Slovakiya və İngiltərə kimi müxtəlif ölkələrdə çoxsaylı xatirə abidələri ucaldılıb. Bundan əlavə, hadisələr bir neçə populyar dramatik filmdə təqdim edilib. Populyar mədəniyyətdə bu hadisələr İkinci Dünya müharibəsinin ümumi kontekstində və xüsusən də nasistlərin fəaliyyətini göstərən filmlərdə, o cümlədən Reynhard Heydrix barədə çəkilmiş kino lentlərdə əksini tapıb.
Tarixi 250px|thumb|left|Reynhard Heydrixin Lidiçe memorialında olan fotosu 1938-ci il sentyabrın 30-da imzalanan Münhen sazişi Çexoslovakiyanın parçalanmasının və Avropa xəritəsindən silinməsinin başlanğıcını qoydu. 1939-cu ildə ölkənin ərazisi Üçüncü Reyx və onun nəzarəti altında olan Bohemiya və Moraviya protektoratı, formal müstəqil Slovakiya Respublikası, Polşa və Macarıstan arasında bölündü. Londonda Edvard Beneşin başçılığı ilə Mühacir Çexoslovakiya hökuməti yaradıldı. İşğal olunmuş ərazilərdə müqavimət hərəkatı baş qaldırdı.
1941-ci ilin sentyabrında Adolf Hitler Protektoratın işğalçı hakimiyyətinin müqavimət hərəkatına qarşı kifayət qədər qətiyyətsiz hərəkətlərindən narazı qalaraq imperator protektoratı Konstantin fon Neuratı "müddətsiz məzuniyyətə" göndərdi. Elə həmin gün o, SS Oberqruppenfüreri Reynhard Heydrixi fon Neurata müavin təyin etdi. Əslində isə ona tam səlahiyyətli nümayəndə vəzifəsini verdi. Heydrixin rəhbərliyi altında müqavimət hərəkatı üzvlərinin, onlara rəğbət bəsləyənlərin həbsləri və edamları dalğası həyata keçirildi. Bunun nəticəsində Protektoratda müqavimət hərəkatının fəaliyyəti kəskin şəkildə aşağı düşdü. Jurnalist Haynts Höhnenin fikrincə, hakimiyyətinin əvvəlindəki repressiyalardan sonra Heydrix müqavimətin güclənməsinə heç bir imkan yaratmayan sakitləşdirmə siyasəti yürütməyə başladı.
1941-ci il oktyabrın əvvəlində Edvard Beneş anti-Hitler koalisiyasının dövlət başçıları ilə Çexoslovakiyanın dağılması üçün hüquqi əsas olan və müharibədən sonrakı dövrdə əvvəlki sərhədləri daxilində ölkənin güman edilən dirçəlişinə mane olan Münhen sazişinin denonsasiyası ilə bağlı danışıqlara başladı. Beneş Sovet İttifaqının himayəsi altında fəaliyyət göstərən və Almaniyanın məğlubiyyətindən sonra Çexoslovakiyada hakimiyyəti ələ keçirməyə qadir olan Müqavimətin kommunist yönümlü qolunun mövcudluğunu da nəzərə almalı oldu. Bu səbəbdən mühacirətdə olan Çexoslovakiya hökumətinin nüfuzunu yüksəltmək üçün müqavimətin Beneş hökumətinin nəzarət etdiyi hissəsinin uğurlarını dünya ictimaiyyətinə nümayiş etdirmək lazım idi.
Əməliyyatın hazırlanması
1940-cı ildə Fransadan təxliyə edildikdən sonra Xüsusi Əməliyyatlar İdarəsinin bazasında müttəfiqlər tərəfində vuruşan Çexoslovakiya hərbi hissələrinin qalıqlarından Çester yaxınlığında təlim düşərgəsi yaradıldı. Elə həmin il düşərgə Leminqton Spaya köçdü və 1942-ci ilin yazına qədər burada qaldı. 1941-ci ildə müharibədən əvvəlki Çexoslovakiyanın keçmiş yüksəkrütbəli kəşfiyyatçısı, mühacirətdə olan Çexoslovakiya hökumətinin Müdafiə Nazirliyinin kəşfiyyat mərkəzinin rəhbəri Frantişek Moravec Beneşlə razılaşaraq, təlim düşərgəsində hazırlıq keçmiş çexoslovak diversantların iştirakı ilə Protektorat ərazisində bir sıra təxribatlar planlaşdırmağa başladı. Gözlənilirdi ki, işğal administrasiyasının əsas nümayəndələrinin planlaşdırılmış ləğvi nəinki Protektoratın idarəçiliyini pozacaq, həm də almanların cəza hərəkətlərinə səbəb olacaq. Bu da öz növbəsində işğalla barışan yerli əhalinin böyük hissəsinin narazılığına gətirib çıxaracaq. Əsas hədəf kimi Reynhard Heydrix, Karl Frank və yerli kollaborsionistlər (məsələn, Emmanuel Moraveç) seçilmişdi.
Kod adı "Antropoid" (ingilis dilindən İnsana bənzər) olan Heydrixin məhv edilməsi əməliyyatı planı 1941-ci ilin oktyabrında cızılmağa başlandı. Diversiya əməliyyatının tarixi 28 oktyabr — Çexoslovakiyanın Müstəqillik Günü seçildi. Güman edilirdi ki, dirçələn Çexoslovakiyanın statusunu dəstəkləmək üçün ifaçılar həm Çexiyanın, həm də Slovakiyanın etnik nümayəndələri olmalıdırlar. Əməliyyatda könüllü iştirak etmək üçün Frantişek Moravec iki diversant seçdi: slovak Yozef Qabçik və bundan bir qədər əvvəl Mançester yaxınlığında paraşüt təlimi kursu keçən çex Karel Svoboda. Oktyabrın 3-dən 4-nə keçən gecə radist Frantişek Pavelka Londonla əlaqənı qurmaq tapşırığı ilə protektoratın ərazisinə endirildi. Oktyabrın 6-da Karel Svoboda hava şarından paraşütlə tullanma zamanı başından zədə aldı. Buna görə o, Yan Kubişlə əvəzləndi. Kubiş hələ təlimi başa vurmamışdı və onun saxta sənədləri də hazır deyildi, ona görə də əməliyyatın vaxtı dəyişdirildi. Bu arada alman əks-kəşfiyyatı qurulmuş gizli şəbəkəni üzə çıxardı və oktyabrın 25-də Pavelka həbs edildi. O, sonradan 1943-cü ilin yanvarında Plötzense həbsxanasında edam olundu. Nəticədə əməliyyat tarixi bir qədər də geri çəkildi.
Heydrix aşağıdakı yollardan biri ilə ləğv edilməli idi: avtomobilin yaşayış yerindən xidmət yerinə gedən marşrutu üzrə hücum; evə və ya ofisə daxil olmaqla; avtomobilin və ya zirehli vaqonun minalamması; qatarın partladılması; avtomobilin marşrutu boyunca yolun minalanması; rəsmi tədbirlərdən biri zamanı silahlı hücum. Agentlərin həyatlarını xilas etmək imkanından asılı olmayaraq öz missiyalarını yerinə yetirmələrinin zəruriliyi xüsusi vurğulanırdı. Yerli Müqavimət hərəkatı liderlərinə Antropoid əməliyyatı barədə məlumat verilmədi.
1941-ci ilin 1 dekabrında Londonda yaradılmış Antropoid qrupunun üzvləri — Yosef Qabçik və Yan Kubiş aşağıdakı sənədə imza atdılar:
Çexoslovakiyaya enmə 250px|thumb|right|Çexslovakiya Müqavimət hərəkatının rəhbəri Edvard Beneş Antropoid əməliyyatının gələcək iştirakçıları Yozef Qabçik və Yan Kubişin yanında (1940-cı ilin fotosu) Diversantlar 1941-ci il dekabrın 28-dən 29-na keçən aysız bir gecədə paraşütlə Çexoslovakiya ərazisinə atıldılar. Kral Hərbi Hava Qüvvələrinə məxsus Handley Page Halifax təyyarəsi saat 22:00-da Sasseks aerodromundan havaya qalxdı və 2:12-də Qabçik və Kubiş protektorat ərazisinə eniş etdi. Eniş 150–200 metr hündürlükdən təxminən 200 km/saat sürətlə (oriyentasiya işıqlarından istifadə etmədən) kor-koranə həyata keçirilirdi. Naviqasiya səhvinə görə diversantlar planlaşdırıldığı kimi Plzen yaxınlığında deyil, Praqa şəhərinin yaxınlığındakı Nehvizdi qəsəbəsinə endirildi. Sonra eyni təyyarədən daha iki çexoslovak diversant qrupu endirildi. Bunlar "Gümüş A" (üç nəfər) və "Gümüş B" (iki nəfər) idilər. Qeyd edək ki, bu enişlər təyyarə ekipajı üzvləri üçün 1941-ci il noyabrın 7-də və 30-da edilən iki uğursuz enişdən sonra üçüncü eniş cəhdi idi.
Antropoid qrupunun iki yük konteynerində, digər şeylərlə yanaşı, dörd ehtiyat jurnalı və yüz patronu olan iki Colt M1903 Cib tapançası, partlayıcı maddələr, Mills əl qumbarası, müxtəlif növ bombalar, dörd tüstü bombası, qoruyucular, bir polad məftil, 2 metr alovlandırıcı şnur və Sten markalı avtomat var idi. Diversantlar bütün əşyalarını gizlətdilər və uçuşdan əvvəl alınan göstərişlərə əməl edərək Pilsenə çatdılar. Orada onlar Müqavimət hərəkatı üzvləri Vatslav Kralj və Vatslav Stelikin əvvəlcədən müəyyən edilmiş mənzillərində qaldılar. Sonradan Qabçik və Kubiş (saxta sənədlərə görə — Zdenek Viskocil və Otto Strnad) hərəkatın gizli özəyinin bir çox üzvləri ilə əlaqə qurdular. Qeyd edək ki, onların əksəriyyəti sui-qəsd cəhdindən sonra həyata keçirilən cəza əməliyyatları nəticəsində həlak oldu.
Qrupun missiyası ilə tanış olduqdan sonra müqavimətin yerli liderləri sui-qəsdin Antihitler koalisiyasına maddi fayda verməyəcəyinə və çexlər üçün qeyri-mütənasib şəkildə daha böyük itkilərə səbəb olacağına inanaraq əməliyyatı ləğv etməyə çağırdılar. Bundan xəbər tutan Edvard Benes digər təxribat qruplarının uğursuzluğundan əsəbiləşərək əməliyyatı davam etdirmək üçün xüsusi radioqramma göndərdi. Çex əsilli amerikalı tarixçi Voytek Mastniyə görə, Beneş "Çex Müqavimətini aktivləşdirmək üçün son çarə kimi hazırlanan plandan yapışdı".
Sui-qəsd 250px|thumb|left|Praqadakı Kobilis döngəsi sui-qəsdən dərhal sonra çəkilmiş foto, 27 may 1942-ci il. Diversantlar Heydrixin aradan götürülməsi üçün müxtəlif variantları nəzərdən keçirdilər. 1942-ci ilin aprelində protektor müavini Praqa qəsrindəki iqamətgahını Praqa şəhərinin Panenske-Brjejani qəsəbəsindəki Junüfern Breşan qalasına dəyişdi. İndi o, hər gün Mercedes-Benz W142 markalı kabriolet ilə şəhərin mərkəzinə gedirdi. Bu zaman o, mühafizədən istifadə etmirdi. Ona görə də avtomobilin marşrutu boyunca sui-qəsd cəhdinin həyata keçirilməsi qərara alındı..
Mayın 26-da axşam Heydrix Praqada ənənəvi olacaq musiqi festivalının açılışını etdi. Gecənin əsas hadisəsi protektor müavininin atası bəstəkar Bruno Heydrixin do minorda fortepiano konsertinin ifası oldu.. Ertəsi gün Heydrix işlərinə görə Berlinə yola düşəcəkdi..
Mayın 27-də səhər velosipedlə gəlmiş Qabçik və Kubiş Liben bölgəsində Kobilis adlanan döngədə Heydrixin avtomobilini gözləyirdilər. Kəskin və dar döngədə avtomobil sürətini azaltmalı idi. Qabçik Sten Mk yarımavtomatı ilə silahlanmışdı. Kubiş iki modifikasiya olmuş (qısaldılmış) 73 Mark I tank əleyhinə qumbara hazırlamışdı. Hər iki agent Kolt M1903 markalı cib tapançaları da daşıyırdılar. Bəzi məlumatlara görə, döngədən yüz metr qabaqda "Gümüş A" qrupundan olan paraşütçü Yozef Valçik dayanmışdı. O cib güzgüsü ilə maşının yaxınlaşdığını işarə verməli idi. Döngədə, güman ki, başqa bir diversant (bəlkə də 28 martda paraşütlə atılan Out Distance qrupunun paraşütçüsü Adolf Opalka) olub. Onun vəzifəsi Mercedesi saxlamaq və ya sürəti azaltması üçün təsadüfən yolu keçmək idi.
Heydrixin üstü aşağı olan maşını saat 10:32-də agentlərin onu gözlədiyi yerə çatdı. Həmən günü daimi sürücünü SS oberşarfürer Yohannes Kleyin əvəz etmişdi. Döngədə maşın sürətini azaldanda Qabçik avtomatını çıxarıb, Heydrixiə yaxın məsafədən atəş açmaq istəsə də, sursat təchizatı sistemindəki nasazlıqlarla məşhur olanХогг, Ян. Пистолеты-пулемёты. М., ЭКСМО-Пресс, 2001. Стр. 29. silah atəş açmadı (Qabçikin Stenində sonradan atəş sistemində ilişmiş patron tapıldı) Daha sonra Kubiş aşağıd an atışla qabaqcadan döyüş vəziyyətinə gətirilən qumbaranı avtomobil istiqamətinə atdı. Qumbara avtomobilin arxa təkərinin yanına düşərək partladı. Partlayış nəticəsində həm Heydrix, həm də Kubiş yaralandı (sifətinə qəlpə dəydi). Sui-qəsd cəhdinin təsadüfi şahidi Helena Peçar budundan qəlpə yarası aldı. Hadisə baş verən ərazidə həmçinin 3 saylı tramvay marşrutunun döngəsində sərnişinlər və tramvay dayanacağında duran insanlarda var idi. 230px|thumb|right| Protektorat məhkəmə-tibbi ekspertizası tərəfindən tapılan Kubişin ikinci qumbarası