Mahmud Xudaverdiyev (tacik :Махмуд Худойбердиев; ) — Tacikistanda üsyançıların lideri. O, əvvəlcə Tacikistan prezidenti Emoməli Rəhmonun müttəfiqi olsa da, sonralar müxalifətçi olmuşdur. Xudaverdiyev Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Sovet Ordusunun keçmiş mayorudur. O, həmçinin Tacikistan ordusunun birinci briqadasının komandiri vəzifəsində çalışmışdır.
Həyatı 1964-cü il oktyabrın 18-də Qorqontəpə şəhərində inşaatçı ailəsində anadan olmuşdur. O, yarı özbək və yarı tacikdir.Uzbeks Chronology Center for International Development and Conflict ManagementUprising quashed in Tajikistan: Further cataclysms expected The Jamestown Foundation 1985-ci ildə Almatı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirdikdən sonra Əfqanıstanda Sovet qoşunlarının məhdud kontingentinin tərkibində 70-ci Əlahiddə Mühafizə Motorlu Atıcı Batalyonunun 1-ci motoatıcı batalyonunun kəşfiyyat taqım komandiri kimi xidmət etmişdir. O, bu əsnada yaralanmışdır. 1990-cı ildə Tacikistana getmişdir. Xudaverdiyev Sovet İttifaqının yenidən qurulmasını dəstəklədiyini bildirmişdir.
Mükafatlar Xudverdiyev "Qırmızı ulduz" ordeni, "Şəxsi igidliyə görə" ordeni və "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:SSRİ hərbçiləri Kateqoriya:Tacikistan hərbçiləri Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları