Əhməd Talib Bosnavi — boşnak əsilli Osmanlı məmuru və şairi. Bosniyada anadan olmuş, ilk təhsilini doğma regionunda davam etmişdir. O, sonra Konstantinopola (indiki İstanbul) köçmüş, burada təhsilini davam etdirmişdir. Osmanlı baş vəziri Köprülü Fazil Əhməd Paşanın (1661–1676) yanında xidmətə girərək padşah sarayında irəliləmiş və nəticədə rəisülküttab olmuşdur. Bosnavi ərəb, türk və fars dilində yazdığı şeirlərindən ibarət "Divan"ın müəllifidir. Onun farsca şeirləri beş qəzəl və altı kitadan ibarətdir. Bosnavi öz qəzəllərində mənəvi səylərini geniş şəkildə ifadə etmişdir. Onun farsca şeirləri nəfis və sadə üslubda yazılmışdır.
İstinadlar
Kateqoriya:Osmanlı şairləri Kateqoriya:XVII əsr şairləri Kateqoriya:Türk dilində yazan şairlər Kateqoriya:Ərəb dilində yazan şairlər