İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (İTKQ; , qısaca BTK) — Türkiyənin milli telekommunikasiya tənzimləmə və təftiş orqanı. Əvvəllər Telekommunikasiya Qurumu () kimi tanınırdı.
Radio və televiziya yayımları başqa bir dövlət qurumu olan RTÜK-ə tabedir.
Tarixi Telekommunikasiya orqanı 29 yanvar 2000-ci il tarixli 4502 saylı qanuna əsasən təsis edilmişdir. Bu qanun, digərləri ilə yanaşı, Nəqliyyat Nazirliyinin öhdəliklərinə toxunmuş və "Türkiyədə ilk sektora xüsusi tənzimləyici kimi müstəqil telekommunikasiya tənzimləyici orqanı olan Telekommunikasiya Qurumunu yaratmaqla hökumətin siyasət və tənzimləmə funksiyalarını ayırmışdır. Nəticədə, Nəqliyyat Nazirliyinin tənzimləyici funksiyaları prinsip etibarı ilə quruma verilmiş və simsiz rabitə haqqında qanuna (2813 saylı qanun, 7 aprel 1983-cü il) əsasən radiotezliklərin idarə edilməsinə cavabdeh olan dövlət orqanı olan Radiorabitə Baş İdarəsi ləğv edilmiş və onun bütün funksiyaları Telekommunikasiya Qurumuna verilmişdir".
5 noyabr 2008-ci ildə Türkiyənin qanunverici orqanı adətən Elektron Kommunikasiya Qanunu (EKQ) kimi tanınan 5809 saylı qanunu qəbul etmişdir. Bu qanunun məqsədi qısaca olaraq "qanunvericilikdəki səliqəsizliyi aradan qaldırmaq, sektorda rəqabət yaratmaq, operatorlar üçün qeyri-müəyyənliyi azaltmaq və elmi-tədqiqat işlərinə resurslar ayırmaq" kimi təsvir edilmişdir.
Təşkili EKQ-ə əsasən, İTKQ-nin strukturu 4 vitse-prezident, 17 departament, 5 ofis, 1 hüquq konsaltinq ofisi və 5 departamentli Telekommunikasiya Kommunikasiya Rəhbərliyindən ibarətdir.
İstinadlar
Xarici keçidlər
ICTA - Contact Laws and Regulations Annual Reports and Strategic/Operational Plans Kateqoriya:Türkiyədə internet Kateqoriya:2000-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:2000-ci ildə Türkiyədə yarananlar