Bakı Olimpiya İdman Kompleksi — Bakı Olimpiya İdman Kompleksi Azərbaycanda istifadəyə verilən bu tipli ilk idman qurğusudur. 2000-ci il oktyabrın 21-də Azərbaycanın ulu öndəri Heydər Əliyevin iştirakı ilə kompleksin açılış mərasimi keçirilmişdir, mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq da iştirak edib.
Kompleks əsasən 2 zaldan ibarətdir. 560 nəfər tamaşaçı tutumuna malik böyük zal, əsasən komanda idman növləri üçün nəzərdə tutulub. 430 nəfərlik tribunası olan ikinci zalda isə təkbətək idman növləri üçün şərait yaradılıb. Hazırda kompleksdə bədii gimnastika və aerobika idman növləri inkişaf etdirilir.
İstinadlar
Kateqoriya:Bakıda idman