Fransisko Leon de la Barra-i-Kixano (; ) — Meksika siyasətçisi və dövlət xadimi. O, 25 may 1911-ci ildən 5 noyabr 1911-ci ilə qədər Meksika Prezidenti olmuşdur.
Həyatı Fransisko Leon ixtisasca hüquqşünas olmuşdur. O, 1901–1902-ci illərdə ikinci Panamerika Konqresinin nümayəndəsi olmuşdur. O, Porfirio Dias hökuməti dövründə İttifaq Konqresinin deputatı, Meksikanın Amerika və Avropanın müxtəlif ölkələrində səfiri olmuşdur. Prezident Porfirio Dias və vitse-prezident Ramon Korralın istefasından sonra Fransisko Leon yeni seçkilər təyin etmək mandatı ilə Meksikanın prezidentliyinə keçmişdir. Onun hökuməti Porfirio Diasın devrilmiş diktaturası ilə yeni rejim arasında keçidi təmin etməli idi. Bununla belə, intriqalar və kabinetindəki bəzi inqilabçılar vasitəsilə o, Fransisko İ. Maderonun tərəfdarları arasında daxili qarşıdurmalara nail olmuşdur. Eynilə, Emiliano Zapatanın qoşunlarına qarşı şiddətli bir kampaniya aparmış Leon Zapata və Maderonun qüvvələri arasındakı əlaqələri ayıra bilmişdir. Bir müddət sonra Fransisko Leon prezidentlikdən ayrılaraq İtaliyaya mühacirət etmişdir. Digər fəaliyyətləri arasında o, Birinci Dünya müharibəsinə son qoyan sülh müqavilələri ilə yaradılmış qarışıq arbitraj tribunallarının prezidenti olmuşdur.Biblioteca Digital UANL, Nuevo León, México, 1933 Instituto Nacional de Estudios Históricos de México, San Ángel, México, D.F (INEHRM) Gobernates de México, Panorama Editorial, 1985 Gobernates de México, Editorial Universo, México, 1988 Diccionario Porrúa de Historia, Biografía y Geografía de México, Porrúa, México, 1971 Resumen Histórico de los Gobernanes de México, Escorpio, S.A. de C.V., México, 1989
İstinadlar
Əlavə ədəbiyyat García Puron, Manuel, México y sus gobernantes, v. 2. Mexico City: Joaquín Porrúa, 1984. Henderson, Peter V.N. In the Absence of Don Porfirio: Francisco León de la Barra and the Mexican Revolution. Wilmington, Del.: Scholarly Resources 2000 Katz, Friedrich. The Secret War in Mexico: Europe, the United States, and the Mexican Revolution. Chicago: University of Chicago Press 1981. Knight, Alan. The Mexican Revolution 2 vols. Cambridge: Cambridge University Press 1986. Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. "León de la Barra, Francisco", Enciclopedia de México, vol. 8. Mexico City: 1996, . Orozco Linares, Fernando, Gobernantes de México. Mexico City: Panorama Editorial, 1985, . Ross, Stanley R. Francisco I. Madero: Apostle of Democracy. New York: Columbia University Press 1955.
Xarici keçidlər
Short biography Short biography Another short biography
Kateqoriya:Meksika prezidentləri