Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb. Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir.
Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir. Antarktidanın daimi məskunları yoxdur və qədim insan məskənlərinin izlərinə də rast gəlinmir. Yalnız pinqvin və suiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi sakinləridir.
Materikin kəşfindən xeyli əvvəl Terra Australis (Cənub torpağı) və Terra Incognito (Naməlum torpaq) haqqında əfsanə və spekulyasiyalar olsa da, Antarktidanı ilk dəfə 1820-ci ildə Rusiya tərəfindən təşkil olunmuş Mixail Lazarev və Faddey Bellinshauzenin ekspedisiyası kəşf edib. Lakin, çətin iqlim şəraiti və qitənin qalan dünyadan təcrid olunması sonrakı dövrlərdə onun tədqiq edilməsinə böyük maneələr törədib.
Bu gün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 50 iştirakçı tərəfə malik olan Antarktika haqqında konvensiya müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.
Antraktidada buz örtüyünün 4 kilometr dərinliyində Şərq gölü yerləşir.
Etimologiyası Antarktida sözü yunanca ἀνταρκτικός (antarktikos) sözündən götürülülüb anti-artika — əks arktika, əks-şimal deməkdir.thumb|Antarktida materiki Dünya xəritəsində
Bu addan ilk dəfə e.ə. 350-ci ildə Aristotel Meteorologiya adlı kitabında istifadə etmişdir.Aristotle Meteorologica. Book II, Part 5. 350 BCE. Translated by E. Webster. Oxford: Clarendon Press, 1923. 140 pp. Qədim yunan coğrafiyaşünası, kartoqraf və eramızın II əsrində riyaziyyatçı Tirli Marin bu addan tərtib etdiyi bir dünya xəritəsində istifadə edib. Bu xəritə günümüzə qədər gəlib çıxmamışdır.
Mövcud coğrafi birləşmələri əldə etməzdən əvvəl "Antarktida" sözü və ondan düzəlmiş birləşmələr "şimalın əksinə" mənasında başqa yerləri təyin etmək üçün istifadə edilmişdir. Məsələn, 16-cı əsrdə Braziliyada qurulan qısa ömürlü Fransız koloniyası " Antarktika Fransa " adlandırılırdı.
1820-ci ildə Birinci Rus Antarktika ekspedisiyası zamanı materikə ilk ayaq basan rus naviqatorları F. F. Bellinshauzen və M. P. Lazarev, aşkar edilmiş ərazini "buz qitəsi" adlandırdılar. 1840-cı ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin kartoqrafiya şöbəsinin müdiri olan Amerika dəniz zabiti və tədqiqatçı Çarlz Uilks tərəfindən materik "Antarktika Qitəsi" adlandırılıb . İlk dəfə bütün materik 1886-cı ildə İngilis okeanoqrafı Con Murreyin xəritəsində "Təxmini Antarktida Qitəsi" yazısı ilə təsvir edilmişdir.
"Antarktida" adının 1890-cı illərdə qitə adı olaraq ilk rəsmi istifadəsi Şotlandiya kartoqrafı Con Corc Bartolomeyə aiddir.John George Bartholomew and the naming of Antarctica, CAIRT Issue 13, National Library of Scotland, July 2008, ISSN 1477–4186.
Tarixi Antarktidada yerli əhali yoxdur və materikin 19-cu əsrə qədər insanlar tərəfindən görüldüyünə dair heç bir dəlil də tapılmayıb. Bununla birlikdə, 1775-ci ilin fevral ayında, ikinci səyahət zamanı Ceyms Kuk belə bir qitənin mövcudluğunu "ehtimal" adlandırdı və jurnalının başqa bir nüsxəsində belə yazdı:
"Mən buna qəti inanıram və gördüyümüz ehtimaldan daha çoxudur ".
thumb|213x213px|Terra Australis — naməlum cənub torpağı qədim xəritələrdə Bununla birlikdə, Avropanın, Asiyanın və Şimali Afrikanın şimal torpaqlarını "tarazlaşdırmaq" üçün dünyanın ən uzaq bir cənubundakı Terra Australis -in varlığına inam, eramızın I əsrində Ptolemey dövründən bəri yayılmışdır.
Hətta 17-ci əsrin sonlarında, tədqiqatçılar Cənubi Amerika və Avstraliyanın "Antarktida" qüsurlu bir hissəsinin olmadığını tapdıqdan sonra, coğrafiyaçılar qitənin həqiqi ölçüsündən qat-qat böyük olduğuna inanırdılar.
Antarktida adının mənşəyinə dair hekayənin ayrılmaz nöqtəsi Terra Australis adlandırılmasıdır — bu ad daha sonralar Avstraliyaya verilir, çünki cənubda heç bir əhəmiyyətli quru parçasının mövcud ola bilməyəcəyi fikri geniş yayılır. Xüsusilə tədqiqatçı Matsev Flinders Terra Australis adının Avstraliyaya verilməsi fikrini irəli sürdü. Girişdə yazmaqla " Terra Australis a Goyage (1814)" adlı kitabının başlığını belə əsaslandırdı: Ehtimal yoxdur ki, təxminən eyni canub enliyində hər hansı başqa ayrılmış torpaq parçası daha tapılacaq. Terra Australis adı buna görə bu ölkənin coğrafi əhəmiyyətini və dünyadakı vəziyyətini təsvir edəcək. Bunu tövsiyə etmək üçün keçmiş var və həmçinin bunu iddia edən iki millətin əsalandırmaları yoxdur. Bu digər seçilə biləndən daha az mübahisəlidir.
thumb|226x226px|Ceyms Kuk Antarktidada Lakin buna baxmayaraq Avropa xəritələri bu naməlum torpağı təsvir etməyə dəvam edirdi. 17 yanvar 1773, 1774-cü ilin dekabrı və yenidən 1774-cü il yanvar ayı olmaqla Ceyms Kukun gəmiləri bir neçə dəfə Antraktika dairəsinə daxil oldu. Ceyms Kuk 1773-cü ilin yanvarında buz qatı qarşısında geri çəkilmədən öncə 75 mil (120 km) materikin içinə doğru irəliləmişdi.James Cook, The Journals, edited by Philip Edwards. Penguin Books, 2003, p. 250.
Müxtəlif təşkilatlara görə (National Science Foundation, NASA, Kaliforniya Universiteti, San Dieqo, Rusiya Dövlət Arktika və Antarktika Muzeyi, və başqaları arasında), hazırlanmış gəmi 3 kapitanla: Faddey Bellinshauzen (Rusiya İmperiya Donamasında kapitan), Edvard Bransfild (Krallıq donanmasında kapitan) və Natanyel Palmer (Suiti ovçusu) ekspedisiya ilə birlikdə 1820-ci ildə yola düşür. Lakin materik buzlağı onları geri qayıtmağa məcbur edir.
Antarktida 16 yanvar 1820-ci ildə rus ekspedisiyasının rəhbərləri Faddey Bellinshauzen və Mixail Lazaryev tərəfindən kəşf edilib. Onların gəmiləri indiki Bellinşauzen şelf buzlağı adlanan ərazidə Antarktidanı kəşf etdilər. Ondan əvvəl Cənub materikinin () mövcudluğu hipotetik olaraq qəbul edilirdi, bəzən xəritələrdə onu Cənubi Amerika və ya Avstraliya ilə birləşmiş halda göstərirdilər. Lakin məhz Bellinshauzen və Lazaryevin ekspedisiyası Antarktida ətrafında tam dövrə vuraraq ayrıca materikin mövcud olduğunu sübuta yetirdi. Materikə ilk olaraq 7 fevral 1821-ci ildə ABŞ-nin Sesiliya gəmisinin üzvləri ayaq basdılar. Amerikalıların materik ayaq basdığı dəqiq yer məlum deyil, lakin ehtimal edilir ki həmin ərazi Hyuz körfəzində yerləşir. left|thumb|Ross dənizi (yay)|192x192px 22 yanvar 1840-cı ildə, Balleni adalarının qərb sahili kəşf edildikdən iki gün sonra Jül Dumont d'Urville (1837–1840) fransız ekspedisiyasının bəzi heyət üzvləri sahil qayalığının ən yüksək adasına"Proposition de classement du rocher du débarquement dans le cadre des sites et monuments historiques" . Antarctic Treaty Consultative meeting 2006, note 4. çıxdılar. Adel Torpağının sahilində minerallar, yosunlar və heyvan nümunələri götürdükləri yerlərdə Fransa bayrağı qaldırdılar və ərazinin üzərində Fransanın suverenliyini iddia etdilər."Voyage au Pôle sud et dans l'Océanie sur les corvettes "l'Astrolabe" et "la Zélée", exécuté par ordre du Roi pendant les années 1837-1838-1839-1840 sous le commandement de M. J. Dumont-d'Urville, capitaine de vaisseau" . Vol. 8. Paris: Gide publisher. 1842–1846. pp. 149–152. gallica.bnf.fr, BNF.
1839-cu ilin dekabrında Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilən 1838–1842-ci illərin ekspedisiyasının bir hissəsi ("Uilks Tədqiqatı"), Sidneydən Avstraliyaya daxil oldu. Antarktika Okeanının əvvəllər məlum olduğu kimi, 25 yanvar 1840-cı ildə "Balleny adalarının qərbindəki Antarktika qitəsinin" kəşf edildiyini bildirdi. Antarktidanın həmin hissəsinə ekspedisiyyanın adına uyğun olaraq" Uilks Torpağı " adı verildi və bu ad bu günə qədər də qalır.
Tədqiqatçı Ceyms Klark Ross 1841-ci ildə Ross dənizi olaraq bilinən ərazidən keçdi və 1841-ci ildə Ross adasını (hər ikisi də onun adını aldı) kəşf etdi. Daha sonra Ross şelf buzlağı adlandırılan nəhəng bir buz divarı boyunca üzdü. Erebus dağı və Terror dağı onun ekspedisiyasından iki gəminin adını daşıyır: HMS Erebus və Terror. Merkator Koper 26 yanvar 1853-cü ildə Şərqi Antarktidaya endi.
1907-ci ildə Ernest Şekltonun başçılıq etdiyi Nimrod ekspedisiyası zamanı Edevort Davidin başçılıq etdiyi partiyalar ilk olaraq Erebus dağına qalxaraq Cənub Maqnetik Qütbünə çatdılar. Maqnetik Qütb partiyasının rəhbərliyinin təhlükəli qayıdışlarını öz üzərinə götürən Duqlas Mouson, 1931-ci ildə təqaüdə çıxana qədər bir neçə ekspedisiyayada iştirak etdi. thumb|Amundsenin ekspedisiyyası cənub qütbündə (14 dekabr 1911)|227x227px Bundan əlavə, Şeklton və ekspedisiyasının digər üç üzvü 1908-ci ilin dekabrında — 1909-cu ilin fevralında bir neçə ilkə imza adılar: onlar Ross Buzlağını aşan, Transantarktik Dağları (Birdmor buzlağı vasitəsilə) keçən ilk insanlar idi .
Norveçin qütb tədqiqatçısı Roald Amundsenin rəhbərlik etdiyi ekspedisiya 14 dekabr 1911-ci ildə Fram gəmisi ilə Balina buxtası və Aksel Heyberq buzlağından bir marşrut kimi istifadə edərək cənub coğrafi qütbünə ilk ayaq basan insanlar oldular. 1912-ci ilin yanvar ayının 17-də Robert Skott və ekspedisiyası cənub qütbünə çatmağa müvəffəq olurlar. Lakin qütbdə Norveç bayrağının dalğalanması onların qütbü fəth etməkdə gecikdiklərini göstərir. Ekspedisiya üzvləri geri qayıdarkən sərt iqlim şəraitində həlak olurlar.
31 oktyabr 1956-cı il tarixinə qədər hər kəs yenidən Cənub Qütbünə ayaq basdı; həmin gün kontr-admiral Corg G. Dufekin rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələri materikə uğurla təyyarə enişi etdi. Cənub qütbünə addım atan ilk qadınlar 1969-cu ildə Pam Yonq, Gin Person, Luis Gons, Eylen MakSaveney, Key Lindsey və Terri Tikill oldu.
28 noyabr 1979-cu ildə MakDonnell Duqlas DC-10–30 təyyarəsi Yeni Zelandiya Hava Yolları reys 901 ilə uçarkən Erebus dağına çırpıldı, göyərtədəki 257 nəfərin hamısı öldü.
Coğrafiyası thumb|157x157px|Antarktida Cənub qütbünün ətrafında və əsasən Antarktika Dairəsinin cənubunda asimmetrik olaraq yerləşdirilmiş Antarktida ən cənubda yerləşən qitədir və Cənubi Okean ilə əhatə olunmuşdur. Alternativ olaraq, o, Sakit okeanın cənubu, Atlantik və Hind okeanları ilə və ya Dünya Okeanının cənub suları ilə əhatə olunub. Antarktidada bir sıra uzun çaylar və göllər var. Ən uzun çay Oniks çayıdır . Ən böyük gölü olan Vostok, dünyanın ən böyük sub-buzlaq göllərindən biridir. Antarktida 14 miyon kvadrat kilometrdən çox sahəni əhatə edir və Avropadan təxminən 1,3 qat böyük olan beşinci ən böyük qitədir. Sahil xətti 17,968 kilometrdir və aşağıdakı cədvəldə göstərildiyi kimi əsasən buz qatı ilə xarakterizə olunur: +Antraktida ətrafındakı sahil növləriNövüRastgəlmə tezliyiŞelf buzlağı (üzən buzlaqlar)44%Buz divarları (materik buzlağı)38%Buz axını13%Qaya5%Ümumi100% thumb|Antarktidanın relyefi Antarktida, Ross dənizi və Ueddell dənizi arasında yerləşən Transantarktika dağları tərəfindən ikiyə bölünür. Ueddell dənizinin və Ross dənizinin qərbində qalan hissə Qərbi Antarktida, şərqində qalan hissə isə Şərqi Antarktida adlanır, çünki onlar Qrinviç meridianına nisbətən Qərb və Şərq yarımkürələrinə uyğundur.
Antarktida səthinin 98%-ni qalın buz təbəqəsi təşkil edir. Buz təbəqəsinin qalınlığı təxminən -dən çoxdur. Qitədə dünyadakı buzlaqların təxminən 90 -i var (dünyanın şirin suyunun təxminən 70%-i). Bu buzların hamısı əridilsəydi, dəniz səviyyəsi təxminən qalxacaqdı.
Qərbi Antarktika buz təbəqəsi ilə əhatə olunmuşdur. Buz təbəqəsinin təxminən 10% -ni bir neçə Antarktida buz axını təşkil edir.