Volodimir Viktoroviç Tixiy (; ) — Ukrayna kinorejissoru, ssenaristi və prodüseri .Каталог Київського Міжнародного кінофестивалю "Молодість". Київ, 2000. — С.67;Тихий Володимир Вікторович // Комітет з національної премії України імені Тараса Шевченка, 2018 Sənədli və bədii filmlər çəkir. O, Ukrayna Kinematoqrafçılar İttifaqının üzvüdür, eləcə də, Ləyaqət inqilabı haqqında bir sıra tarixi və sənədli filmlərə görə 2018-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatının laureatıdır.Decree of the President of Ukraine from 7 березня 2018 year № 60/2018 "Про присудження Національної премії України імені Тараса Шевченка"
Həyatı Volodimir 25 fevral 1970-ci ildə Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. Liseyi bitirdikdən sonra Volodimir 1987-ci ildə Çervonoqrad Mədənçilik Texnikumuna daxil olmuşdur. 1989–1991-ci illərdə Sovet ordusunun tərkibində olmuş, Belarusda dəniz aviasiyasına xidmət göstərmişdir.Володимир Тихий замість жінки свариться з папугою // Gazeta.ua, 9 січня 2008
Daha sonra 1992-ci ildə Karpenko-Kari adına Kiyev Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1997-ci ildə məzun olmuşdur. O, "Studio 1+1" və "Danapris-Film" kimi telestudiyalarda işləmiş və Verka Serduçka ilə həmin dövrün məşhur olan bir verilişin rejissoru olmuşdur.О. В. Безручко. Кінопедагогічна діяльність М. Г. Іллєнка // Культура і сучасність. — 2013. — № 1. — С. 126–131
Daha sonra telefilm və teleseriallar rejissorluğuna başlamışdır. Diqqətini sənədli filmlərə çevirmiş və nəhayət, bədii filmlər çəkməyə başlamışdır. Çəkdiyi filmlərin əksəriyyətində həm də ssenaristdir. Yeganə istisna hal ssenarisinin həmmüəllifi olduğu "Yeddinci marşrut" (1997) filmidir.Володимир Тихий // Енциклопедія "кіно-кола", 2008 "Götlər. Arabesklər", "Əlvida, Ukrayna!" və "Babil'13" kimi film layihələrinin yaradıcısıdır.
Mükafatları 2018-ci ildə Ləyaqət inqilabına dair tarixi sənədli filmlərinə görə Ukraynanın Taras Şevçenko adına Milli Mükafatının laureatlarından biri olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ukrayna kinorejissorları Kateqoriya:Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatları Kateqoriya:XX əsrin ssenaristləri