Bilkent Universiteti – Türkiyə Respublikasının Ankara şəhərində yerləşən özəl ali təhsil müəssisəsi. İhsan Doğramacı tərəfindən 20 oktyabr 1984-cü ildə qurulmuşdur.Bilkent Universiteti Bilkent Universiteti öz təsis olunma məqsədini “təhsilin keyfiyyəti, elmi tədqiqat və nəşrləri, eləcə də mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti ilə dünyanın qabaqcıl universitetləri sırasında yer almaq” kimi müəyyən etmişdir. Bu məqsədə uyğun olaraq universitetə “Elm şəhəri” mənasını ifadə edən “Bilim Kenti” söz birləşməsinin qısaldılmış forması olan “Bilkent” adı verilmişdir.
Universitet kampusu Hacettepe Universitetinin Beytəpə kampusu ilə Orta Şərq Texniki Universitetinin Ankara kampusu arasında yerləşir. Ankara–Əskişəhər avtomobil yolunun 12-ci kilometrində yerləşən universitet ərazisi Mərkəz, Şərq və Orta olmaqla üç kampusdan ibarətdir. Times Higher Education dünya universitetləri 2017-ci il sıralamasında dünyanın ən yaxşı 400 universiteti arasındadır. Bu sıralamaya görə Türkiyədə 3-cü, Asiyada isə 46-cı yerdədir.
Tarixi Quruluş fikri Quruluşu Quruluşundan bu günə Universitetə qəbul Akademik profil Kampus Kitabxana İnternetlə əlaqə və komputer mərkəzi Yataqxana və lojmanlar Sağlıq Mərkəzi Ətraf mühit və davamlılıq Nəqliyyat İdman Sosial həyat Digər imkanlar Akademik bölmələr Fakültə və bölmələr Gözəl Sənətlər, Dizayn və Memarlıq fakültəsi İdarəetmə fakültəsi İqtisadiyyat, idarəetmə ve Sosial elmlər fakültəsi Mühəndislik fakültəsi Təbiət elmləri fakültəsi İnsan elmləri və Ədəbiyyat fakültəsi Hüquq fakültəsi Təhsil fakültəsi Musiqi və səhnə sənətləri fakültəsi Tətbiqi elmlər fakültəsi Hazırlıq məktəbi Proqram və bölmələr İnstitutlar Araşdırma Mərkəzləri Tələbə təşkilatları Bilkent radiosu Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bilkent Universiteti