Aşağı Qaramanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə aşağı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir.'''Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh.56.
Keçmiş Nuruş Əliyev adına kolxoz bu kənd ərazisində yerləşirdi. Kəndin Lapatin adlanan hissəsində talışlar məskunlaşmışdır və buranın əhalisi Lerikin Lapatin adlı ərazisindən gəlmişdir.
Coğrafiyası və iqlimi Rayon mərkəzindən 28 km şimal–qərbdə, Salyan–Neftçala şose yolu kənarında, Kür çayının sağ sahilində, Salyan düzündədir.
Həmçinin bax Yuxarı Qaramanlı
İstinadlar
Kateqoriya:Neftçala rayonunun kəndləri