Nastya Kamenskix, əsl adı Anastasiya Alekseyevna Kamenskix (; ) — Ukrayna pop və R&B müğənnisi, aktrisa, televiziya şəxsiyyəti və iş qadını. O, Ukraynanın "X-Factor" vokal şousu və "Ölkənin səsi" şousunda çıxış edərək populyarlıq əldə etmişdir. Kamenskix 2017-ci ildən NK təxəllüsü ilə çıxış edir.
Həyatı Anastasiya Alekseyevna Kamenskix 4 may 1987-ci ildə SSRİ respublikalarından olan Ukrayna SSR-nin Kiyev şəhərində anadan olmuşdur. Onun anası Lidiya Petrovna Kamenskix 6 noyabr 1955-ci ildə anadan olmuş, Q. Q. Veryovka adına Milli Akademik Xalq Xorunun müğənnisi kimi çıxış etmişdir. Atası Aleksey İosifoviç Jmur (16 may 1939 – 25 yanvar 2021) gəncliyində "Dinamo" voleybol komandasının kapitanı olmuş, daha sonra Q. Q. Veryovka xorunun konsert direktoru kimi çalışmışdır. Kamenskixin xaç anası Qriqori Veryovka adına xorun müğənnisi, Ukraynanın xalq artisti Alla Kudlay idi.
Anastasiya Kamenskix Beş yaşında mübadilə proqramı ilə Fransaya getmiş və orada iki ay qalmışdır. O, altı yaşında eyni proqram əsasında İtaliyaya getmiş, orada dil öyrənmiş və yeddi il İtaliyada yaşadıqdan sonra lokal məktəbə getmişdir. Anastasiya Kamenskix Kiyevdə Peçersk gimnaziyasında oxumuşdur. O, 15 yaşında musiqi məktəbini fortepiano üzrə bitirmişdir. Kamenskix səkkiz il peşəkar rəqqas kimi fəaliyyət göstərmişdir. O, məktəbdən sonra Ukraynada ABŞ-nin Viskonsin Beynəlxalq Universitetinin Xarici İqtisadi Fəaliyyət fakültəsinə daxil olmuşdur. Kamenskix burada ingilis dilində təhsil almışdır.
Musiqi karyerası right|thumb|250x250px|Kamenskix 2017-ci ildə.
Anastasiya Kamenskixin karyerası 2004-cü ildə Qara Dəniz Oyunları festivalında çıxış etməsi ilə başlamışdır. O, burada mükafatlar və festivalın Qran Prisini qazanmışdır. Kamenskix bir il sonra Londonda səhnədə "İlin kəşfi" nominasiyasında UBN mükafatlarına layiq görülmüşdür. O, 2006-cı ildə Aleksey Potapenko ilə birlikdə "Potap və Nastya" duetini qurmuşdur. 2008-ci ildə onların "Cütlük deyil" debüt albomları çıxmışdır. 2017-ci ildə Kamenskix "Mozgi" ilə əməkdaşlığı dayandırmış, "NICE2CU" şirkətini yaratmış və "NK" solo layihəsini işə salmışdır.
Anastasiya Kamenskix 2017-ci ildə "#Bumənimgecəmdir" adlı debüt solo videosunu yayımlamışdır. O, elə həmin il Milad albomu və "Xmas with NK" televiziya şousunu buraxmışdır. "NK"nin 10 trekdən ibarət debüt solo albomu "No comments"in buraxılışı eyni anda 3 dildə baş tutmuşdur. Müəllifin ukrayndilli "Trimay" treki "Ən yaxşı pop hit" mükafatına layiq görülmüş, bir ilə yaxın Ukrayna hit-paradlarının başında qalmışdır. Bu həmçinin, İtaliyanın "RAI RADIO" radiosunun dalğalarında səslənən ilk Ukrayna treki olmuşdur.
Kamenskix iki dəfə "M1" Musiqi Mükafatlarına görə ilin müğənnisi kimi tanınmış, "Obitsyayu" treki üçün "Ukrayna Rus Radiosu" radiostansiyası ilə birlikdə ən yaxşı video və "Çervona ruta" mükafatını qazanmışdır. O, "Cosmopolitan Awards 2018"ə görə "İlin müğənnisi" adına layiq görülmüş, "TRK Ukrayna"ya görə 2017-ci ilin nyusmeykeri və beynəlxalq ulduzu, 2020-ci ildə "YUNA" mükafatına görə Ən yaxşı ifaçı kateqoriyalarında mükafat qazanmışdır.
Kamenskix 2017-ci ildən "STB" kanalında "X-Factor" vokal şousunun hakimi və mentorudur. 2018-ci ildə mentoru Kamenskix olan "ZBSband" komandası şounun 9-cu mövsümündə qalib gəlmiş və Ukrayna "X-Factor"unda qalib gələn ilk qrup olmuşdur. Kamenskix 2020-ci ildə "Ölkənin səsi" vokal şousunun məşqçisi kürsüsünə oturmuşdur. O, layihə tarixində ilk dəfə prodüserlər özləri və PTP komandası üçün qaydaları dəyişdirmiş və iştirakçılara duet yaratmağa icazə vermişdir.
Latın Amerikasında uğuru Kamenskixin valideynləri bir müddət Meksikada yaşamışdır. Onun sevimli mahnısı Meksika xalq mahnısı olan "Cucurucu, paloma" olmuşdur.
2018-ci ilin sentyabrında Kamenskix ilk ingilis-ispandilli treki olan "Peligroso"nu təqdim etmişdir. Mahnı "Billboard Music Chart"a daxil olmuş, burada iki ay qalmışdır. Trek "Telemundo"da səhər verilişi olan "¡Despierta América!, Total Acceso and Noticias"da nümayiş edilmişdir. O, reggeton ifaçısı "De La Ghetto" ilə "Peligroso" trekinin birgə remiksini buraxmışdır.
Kamenskix elə həmin il "Elefante" mahnısını buraxmış və ona klip çəkdirmişdir. O, Meksikanın "Cuídate de la Cámara" moda nümayişində rol almışdır. Trek tezliklə nüfuzlu "Shazam Global" dünya çartına düşmüşdür. Mahnı həmçinin, "TikTok" sosial şəbəkəsində 2 milyondan çox kreativ video çəkərək Ukrayna pop divasının mahnısına meydan oxuyan Latın Amerikasının ən yaxşı bloqçuları arasında populyarlıq qazanmışdır. Trek həmçinin Latın Amerikası "TikTok"unda, "Viral" və "Puro Flow" pleylistlərinin əsas səhifəsinə çevrilmişdir.
Kamenskix 2020-ci ilin əvvəlində reggeton ifaçısı "Jacob Forever" və "Jessy Frank" ilə birlikdə "Miami" trekini buraxmışdır. O, 14 fevralda İspaniya rəssamı Xuan Maqan ilə əməkdaşlıq çərçivəsində "Lollipop" treki üçün çəkilmiş videonu təqdim etmişdir. Kamenskix 2020-ci ilin yayında "A Huevo" treki üçün videonun buraxıldığını elan etmişdir. Trekin premyerası 4 sentyabrda baş tutmuşdur. O, 18 sentyabrda ispandilli "Ecléctica" albomunu təqdim etmişdir.
Digər fəaliyyətlər thumb|272x272px|Kamenskix 2019-cu il M1 Musiqi Mükafatlarında.
20 may 2015-ci ildə Kamenskix "NKblog" kanalını yaratmışdır. "NKblog"un davamı "Instagram" hesabı olmuşdur. O, qlobal "COVID-19" pandemiyası ilə əlaqədar karantin zamanı "Instagram"da canlı olaraq idman məşqi silsiləsi keçirmişdir. Kamenskix "YouTube"da video təlimləri ilə layihə hazırlayıb işə salmışdır.
Kamenskix 2017-ci ildən "Charity Weekend"in daimi iştirakçısıdır. Kampaniyadan toplanan vəsait Ukrayna Milli Tibb Elmləri Akademiyasının Travmatologiya və Ortopediya İnstitutuna göndərilir. O, 2017-ci ildə "Jiznelyub" xeyriyyə fondunu da dəstəkləməyə başlamışdır. Kamenskix 2020-ci ildə BMT Uşaq Fondu və Rəqəmsal İnkişaf Nazirliyinin birgə layihəsinə qoşulmuşdur. O, kiberbullinqi necə tanımaq və onu dayandırmaq barədə ictimaiyyətdə aydınlıq yaratmaq məqsədini daşıyan və yeniyetmələr üçün maarifləndirici serialda rol almışdır. Kamenskix 2020-ci ilin avqust ayında Tabletoçki Fondunun illik "Çiçək əvəzinə xeyriyyə" kampaniyasına qoşulmuşdur.
Diskoqrafiya
Studiya albomları
Potap və Nastya qrupunun bir hissəsi kimi
2008 — «Не пара» 2009 — «Не люби мне мозги» 2013 — «Всё пучком» 2015 — «Щит и Мяч»
Solo albomlar
2018 — No Komments 2021 — «Красное вино»
Mini-albomlar
2017 — Xmas with NK 2020 — Ecléctica
Sinqllar
Potap və Nastya qrupunun bir hissəsi kimi
Без любви (2006) Непара (2007) Крепкие орешки (2007) На раЁне (2008) Почему (2008) Не люби мне мозги (2009) Внатуре (2009) Разгуляй (2009) Новый год (2009) Край ми э ривер (2010) Чумачечая весна (2011) Выкрутасы (2011) Мы отменяем К. С. (2011) Если вдруг (2011) Прилелето (2012) Улелето (2012) Любовь со скидкой (2012) РуРуРу (2013) Вместе (2013) Всё пучком (2013) Уди Уди (2014) Бумдиггибай (2015) Стиль собачки (2015) Умамы (2016) Я……Я (2017)
Solo İlSinqlAlbom2005 rowspan="2" 2016«Абнимос/Досвидос» (feat. Nadya Dorofeyeva)2017«#этомояночь»NO KOMMENTS2018«Дай мне»«Тримай»«Ты же не забыл» (feat. Lyubov Uspenskaya)«LOMALA»NO KOMMENTS «Попа как у Ким»NO KOMMENTS2019«8-ма марта» (feat. ZBS Band) rowspan="3" «Peligroso» (feat. De La Ghetto)«Обiцяю»«Elefante»Ecléctica2020«Miami» (feat. Jacob Forever) rowspan="3" «Lollipop» (feat. Juan Magan)«Воспоминания»«A Huevo»Eclèctica«VIBE»Красное вино2021«Почуття»«Девочки рулят»«Ма»«Красное вино»2022«Я — Україна»
Filmoqrafiya
2009 — Красная шапочка — Qırmızı papaq. 2013 — «1+1 дома» — kameo. 2014 — «Алиса в стране чудес» — Ana Afanasiya; siçan Sonya. 2014 — «7-ой гном» — Yaycıq. 2014 — «Бабай» — Küpəgirən qadın. 2018 — «Татко гусак» — Çi adlı ördək. 2019 — «Хостел» — kameo.
Televerilişlər
2008—2009 — «Караоке против Народа» 2009—2010 — «Guten Morgen» 2010 — «Я люблю Украину» 2016—2019 — «Рассмеши комика. Дети» С 2017—2019 — «Х-Фактор» 2020 — «Голос країни» 2021 — «Маска»
Kliplər İlKlipRejissorAlbom«Potap və Nostya»nın tərkibində2006Без любвиAleksay Potapenko|2007Не параНе параКрепкие орешкиВнатуре2008РазгуляйНа раЁнеНе люби мне мозгиПочемуНе пара2009Не люби мне мозгиНе люби мне мозгиrowspan="5" 2010Край ми э РиверЛето (Потап и его команда)Чипсы, чиксы, лавандос (село),2011ВыкрутасыЧумачечая веснаВсе пучкомМы отменяем К. С.Если вдруг2012ПрилелетоУлелетоAwesome summerЛюбовь со скидкой2013РуРуРуВместеВсё пучкомLeonid Kolosovski2014Уди УдиAleksey Potapenko|2015БумдиггибайЩитСтиль собачки (feat. Byanka)Leonid Kolosovski2016rowspan="3" Золотые киты2017Я…….Я (ЯдовитаЯ)Solo karyera2005|2017#ЭТОМОЯНОЧЬAlan BadoyevNO KOMMENTS2018Дай мнеTanya MuinyoТримай (Lyric Video)Sonya PlakidyukLOMALATanya MuinyoPeligroso (Lyric Video)2019Попа как у КимLeonid KolosovskiNO KOMMENTS8-ма марта (feat.ZBS Band) rowspan="3" Peligroso (feat. De La Ghetto)Tata BelininaОбiцяюDenis Manoxa, Maksim ŞelkovnikovElefanteLeonid KolosovskiEcléctica2020Lollipop (feat. Juan Magan) rowspan="2" ВоспоминанияNastya KamenskixA HuevoLeonid KolosovskiEclécticaVIBENastya KamenskixКрасное вино[2021ПочуттяLeonid KolosovskiДевочки рулятКрасное виноTata BelininaSorry 2 (feat. Вася Демчук)Dmitri DemyanetsТВА[2022Я - УкраiнаnaməlumYou CryingКоли мине вiнаКришталь
Mükafatlar NK-nın solo karyerası İlMükafatKateqoriyaNəticə2017Звёздный Путь (ТРК Украина)Ньюзмэйкер Года 2017Qalib2017Музыкальная платформа ТРК УкраинаЛучшая Рождественская песняQalib2018MEDIA SIESTANewsmaker of the Year 2018Qalib2018Музыкальная премия M1, 4 СезонаВидео зимы 2018Qalib2018Музыкальная премия М1, 4 СезонаПевица весны 2018Qalib2018Cosmopolitan Awards2018-ci ilin müğənnisiQalib2018Музыкальная премия M1, 4 Сезона2018-ci ilin müğənnisiQalib2018Музыкальная премия M1, 4 Сезона2018-ci ilin klipiQalib2018Звёздный Путь (ТРК Украина)International Star 2018Qalib2019Музыкальная Премия YUNAƏn yaxşı estrada hitiQalib2019Музыкальная премия M1, 5 Сезона2019-cu ilin müğənnisiQalib2019Музыкальная премия M1, 5 СезонаÇervona rutaQalib2019Х-факторSevimli dörd hakim2019ТРК Украина«2019-cu ilin ən yaxşı mahnısı»Qalib2020Музыкальная премия М2, Золотая жар-птица«Xalq hiti»Qalib2020Музыкальная премия М2, Золотая жар-птица«İlin müğənnisi»Qalib2020Музыкальная премия YUNAƏn yaxşı qadın sənətçiQalib2022Музыкальная премия YUNAƏn yaxşı qadın sənətçiQalib
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:YouTuberlər Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr aktrisaları