Aqatupu Rodni Anoai (Agatupu Rodney Anoaʻi; ) — amerikalı restler. O, Ümumdünya Güləş Federasiyasında (WWF) döyüşdüyü vaxtlarda məşhur idi və ənənəvi yapon sumo güləşində ən yüksək rütbə olan "yokozuna" sözünü özünə ləqəb kimi götürmüşdü. O, ikiqat dünya çempionu olub.

Peşəkar güləş karyerası

Erkən karyera (1984–1992) O, 12 avqust 1987-ci ildə Cim Kroket Promouşens üçün birdəfəlik çıxış etdi, ev şousunda Ron Simmons ilə qarşılaşdı.Yokozuna

Dünya Güləş Federasiyası (1992–1998) Meneceri "Mr. Fuji" ləqəbli promouter olan Yokozuna 31 oktyabr 1992-ci ildə Superstars seriyasında Yaponiya bayrağı altında yarışan stereotipik sumo güləşçisi kimi təqdim edildi. O, çıxdığı döyüşlərə paltar əvəzinə mavaşi geyinirdi, lakin bel paltarının altından uzun tayt da var idi. "Monday Night Raw" tarixində ilk matçda rəqibi olan Koko B. Veyri məğlub edərək növbəti tura keçə bildi.

Müstəqil dövr (1998–1999) WWF karyerasını bitirdikdən sonra o, müxtəlif müstəqil promouşenlərdə çıxış etdi. 1998-ci ildə Merilend Çempionatında güləşdi. Tamaşaçılar üçün ödənişli televiziya yayımında Yokozuna King Kong Bundy ilə qarşılaşmalı idi. Bununla belə, digər əsas yarışda Cim Naydhartla qarşılaşmalı olan Ceyk Roberts rinqə sərxoş vəziyyətdə çıxdığı üçün yarışdan uzaqlaşdırıldı və nəticələri ləğv edildi.10 fastest rises to the WWE World Heavyweight Title

Ölüm səbəbi 23 oktyabr 2000-ci ildə, 34-cü ad günündən üç həftə sonra, Anoai İngiltərədə All Star Wrestling üçün güləş turunda olarkən Liverpulun Paradise küçəsindəki Moat House hotelindəki otağında ağ ciyərin ödemindən öldü. O zamanlar onun ürək çatışmazlığından və ya infarktdan öldüyü geniş yayılmışdı, lakin sonradan ağciyərlərində maye tıxanmasının şiddətli əlamətləri tapıldıqdan sonra bu xəbərlərin yanlış olduğu müəyyən edildi.

Nailiyyətləri Pro Wrestling Illustrated İlin ən təkmil güləşçisi (1993) PWI onu 1993-cü ildə PWI 500 — də 500 ən yaxşı tək güləşçi arasında 5-ci yeri tutdu PWI onu 2003-cü ildə "PWI İlləri"ndə 500 ən yaxşı tək güləşçi arasında 145-ci yerə layiq gördü Universal Güləş Assosiasiyası UWA Dünya Trios Çempionatı (1 dəfə) – Fatu və Samoa Savage ilə Dünya Güləş Federasiyası/WWE WWF Çempionatı (2 dəfə) WWF Tag Team Championship (2 dəfə) – Owen Hart ilə Royal Rumble (1993) WWE Şöhrət Zalı (2012-ci il)

İstinadlar