ON – Azərbaycanlı bəstəkar-müğənni Aiselin Azərbaycan dilindəki ilk studiya albomudur.

Fon və yazılma Aisel 2022-ci ilin payızından "SS Production" şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. "SS Production"-dan Şuşa sinqlını təqdim edən ifaçı, şirkətlə albom hazırlıqlarına başlamışdır. Albomdakı bütün mahnıların musiqisi ifaçının özünə aiddir. Albomdakı "Dönən Deyiləm" və "Unuda Bilmədim" mahnıları xaric digər 8 mahnının sözləri Aiselə məxsusdur. "Dönən Deyiləm" mahnısının sözləri Nəriman Abbaszadə, "Unuda Bilmədim" mahnısının sözlərini isə Ceyhun Bayramlı (Jay Hun) yazmışdır. Albomdakı mahnıların aranjimanı və miks-masterinqi Emin Kərimə aiddir.

Aisel albomdan ilk növbədə 23 yanvar 2023-cü ildə "Yağış" mahnısına, 3 mart 2023-cü ildə isə "Qaradan Qara"mahnısına çəkilən klipi təqdim etmişdir.

Təqdimat İfaçı albomu "BEAT Music" etiketi ilə 3 mart 2023-cü ildə ilk növbədə rəqəmsal musiqi platformalında təqdim etmişdir. 3 mart 2023-cü ildə "Xəzər FM" və "Araz FM"-də yayımlanan radio proqramlarında qonaq olmuşdur. 6 mart 2023-cü ildə "MTV"-də yayımlanan "Səhərin səsi" verlişində qonaq olmuşdur. Proqramda albomdan "Yenə, Yenə", "Dönən Deyiləm" və "Qaradan Qara" mahnılarını ifa etmişdir. 8 mart 2023-cü ildə Elekta Event Hall-da dünyaca məşhur fransalı DJ, müğənni Willy William, Azərbaycanlı DJ Kənan Hüseynovla (səhnə adı DJ Kenan Drums) birlikdə konsertdə səhnə alan ifaçı albomdakı mahnılarını səsləndirmişdir. Müğənni konsertdə hər bir mahnını rəqs nömrəsi ilə təqdim etmişdir. Onu səhnədə dörd ukraynalı rəqqasə müşayiət etmişdir.

Albom rəqəmsal musiqi platformalına çıxdığı gündən 3 gün sonra Apple Music-də Azərbaycanın ən çox dinlənilən musiqi albomları siyahısında birinci pilləyə qədər irəliləmişdir.

Mahnıların siyahısı

Video kliplər

Yağış Albomun ilk sinqlı olan "Yağış" mahnısını albomun çıxış tarixindən 1 ay əvvəl klipi ilə birlikdə təqdim edilmişdir. Söz və musiqisi Aiselə məxsus olan klipin rejissoru Vankuver Beynəlxalq Film Festivalında "İlin ən yaxşı qısametrajlı filmi" kateqoriyasında qalib gələn Meran İsmailsoydur. Klipdə Aiselin tərəf müqavili rəqqas İsmayıl Məmmədzadə olmuşdur. İfaçı klipin təqdimatı zamanı mətbuata açıqlamasında bu fikirləri bildirmişdir:

Qaradan Qara Albomun ikinci tanıtım sinqlı olan "Qaradan Qara" klipini albomla birlikdə təqdim etmişdir. Söz və musiqisi Aiselə məxsus olan klipin rejissoru Röyal Cəfərovdur. Klipdə Aiseli 6 ukraynalı rəqqasə müşayiət etmişdir.

Hit parad SiyahıƏnyüksəkApple Music Azərbaycan Top 100AISEL обошла The Weekend и Лану Дель Рей – ФОТО 7 mart 2023 tarixində yüksəlmişdir1

Çıxış tarixi Ölkə Tarix Format(lar) Leybl Dünya miqyasında 03 mart 2023 Rəqəmsal yükləmə "BEAT Music"

Albom üzərində çalışanlar Vokal: AISEL Arxa Vokal: AISEL Söz: AISEL (1,2,4,5,6,8,9,10), Nəriman Abbaszadə (3), Ceyhun Bayramlı (7) Musiqi: AISEL Aranjiman, Miks, Masterinq, Səs yazma: Emin Kərim Albom qapaq şəkli: Azər Cəfər Albom qapaq şəkli geyim: "Larc Collection" Qrafik dizayner: Pavel Luzhetskiy Baş prodüser: Aysel Rəcəbli Səsyazma studiyası: STKHA Musiqi leyblı: BEAT Music Leybl menecer: Amal Əlili İstehsal şirkəti: SS Production

İstinadlar