Şimali Makedoniya–Yaponiya münasibətləri (; ) – Şimali Makedoniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. 2020-ci ilin aprelinə olan məlumata əsasən Şimali Makdeniyada 23 Yaponiya vətəndaşı yaşayır.
Tarix thumb|Şimali Makedoniyanın Yaponiyadakı səfirliyi. Şimali Makedoniyanın müstəqillik qazandığı dövrdə qədər Yaponiya Yuqoslaviya ilə diplomatik əlaqələr saxlayırdı. Şimali Makedoniya ilə Yaponiya arasında diplomatik əlaqələr 1 mart 1994-cü ildə qurulmuşdur. Şimali Makedoniya prezidenti Boris Traykovski 2003-cü ildə Yaponiyaya səfər etmişdir. Şimali Makedoniya baş naziri Nikola Qruyevski 2011 və 2014-cü illərdə Yaponiyada səfərdə olmuşdur. 2011 və 2014-cü ildə Makedoniya–Yaponiya Sammit Görüşü baş tutmuşdur. 2013-cü ildə Tokioda Şimali Makedoniyanın, 1 yanvar 2017-ci ildə isə Skopyedə Yaponiyanın səfirliyi açılmışdır. 2020-ci ildən Yaponiyanın Şimali Makedoniyadakı səfiri Hironori Savadadır.
2014-cü ildə münasibətlərin qurulmasının 20 illiyi, 2019-cu ildə isə 25 illiyi qeyd olunmuşdur.
Mədəniyyət 1963-cü ildə Skopyedə baş vermiş zəlzələdən sonra şəhərin bərpası planı Yaponiya memarı Kenzo Tanqeyə həvalə olunmuşdur. Skopye şəhəri yapon memarların metabolizm nəzəriyyəsinin tətbiq olunduğu ilk qeyri-yapon şəhər olmuşdur. 2020-ci ildə Şimali Makedoniyada Kenzo Tanqeyə həsr olunmuş poçt markası buraxılmışdır.
2014-cü ildə Skopye şəhərində Yapon Film Festivalı baş tutmuşdur. 2019-cu ildə münasibətlərin 25 illiyi münasibətilə Makedoniya Milli Teatrında no tamaşası keçirilmiş və bu, ölkədəki ilk no performansı olmuşdur.
Şimali Makedoniya Yay Olimpiya Oyunlarındakı ilk gümüş medalını Tokioda keçirilmiş yarışda qazanmışdır.
İqtisadiyyat Şimali Makedoniya Yaponiyaya əsasən tütün və şərab, Yaponiya isə Şimali Makedoniyaya maşın və yüngül sənaye məhsulları ixrac edir.
İstinadlar
Xarici keçidlər Şimali Madenoyanın Yaponiyadakı səfirliyi Yaponiyanın Şimali Makedoniyadakı səfirliyi
Kateqoriya:Şimali Makedoniya–Yaponiya münasibətləri