thumb|right|200px|Bajraklı Məscidi, Belqrad|Bacraqlı Məscidi Belqrad thumb|right|200px|İslam ağa məscidi Niş thumb|right|200px|Novi Pazardakı Həsən Çələbi məscidi thumb|right|200px|Preşevodakı Ebu Bəkir məscidi thumb|right|200px|Drajeviç, Sjenica şəhərindəki məscid
Serbiyada islam — Serbiyanın ənənəvi dinlərindən biridir. Serb müsəlmanları əsasən sünni müsəlmanlardır. 2002-ci il siyahıyaalmasına əsasən, Mərkəzi Serbiya və Voyvodinada təxminən 240.000 müsəlman yaşayır. Bu da əhalinin 3,2%-ni təşkil edir. Kosovoda daha çox müsəlman yaşayır, lakin əyalətdəki qeyri-sabit vəziyyətə görə onların sayını dəqiq hesablamaq mümkün deyil.
Tarixi XIV–XV əsrlərdə Osmanlı İmperiyasının genişlənməsi ilə birlikdə Serbiyada İslam geniş şəkildə yayılmağa başladı. Orta əsr Serbiyasının Osmanlı İmperiyasına qoşulmasından sonra İslam burada ən böyük dinə çevrildi. Bir çox slavyanlar İslamı qəbul etdilər, türklər və digər müsəlman xalqlar da buraya şərqdən köçdülər. Türk səyyahı Övliya Çələbinin 1660-cı ildə Belqradda verdiyi məlumata görə, 98.000 sakindən 21.000-i qeyri-müsəlman, 77.000-i isə müsəlman idi. 19-cu əsrdə Serbiya ərazisinin türk hökmranlığından azad edilməsi zamanı müsəlmanlar qovulmuş, məscidlər dağıdılmışdır.
Coğrafiyası Mərkəzi Serbiya və Voyvodinada 190-dan çox məscid var ki, onlardan 120-yə yaxını Sandzakda, 60-ı Cənubi Serbiyada, geridə qalanları isə Belqradda, Mali Zvornik və Subotiçada yerləşir.
Qalereya
Həmçinin bax Serbiya Serbiya əhalisi
İstinadlar
Kateqoriya:Serbiyada islam