Filarioz — Filarioidea cinsinə aid olan parazitar qurdlarının törətdiyi parazitar xəstəlik. Onlar qara milçək və ağcaqanad kimi qanla qidalanan həşəratlar tərəfindən yayılır və helmintozlar adlanan xəstəliklər qrupuna aiddir.

Bu parazitlər vəhşi təbiətdə Cənubi Asiyanın, Afrikanın, Cənubi Sakit okeanın və Cənubi Amerikanın subtropik hissələrində mövcuddur. Onlara Avropa və ya ABŞ kimi mülayim iqlimi olan bölgələrdə rast gəlinmir.

Filarial qurdlarla yoluxmuş şəxslər, onların periferik qanında mikrofilariyanın aşkar edilib-edilməməsindən asılı olaraq ya "mikrofilaraemik" və ya "amikrofilaraemik" kimi təsvir edilə bilər. Filariaz mikrofilaria hallarında ilk növbədə periferik qanda mikrofilariyanın birbaşa müşahidəsi ilə diaqnoz qoyulur. Gizli filarioz amikrofilaraemik hallarda klinik müşahidələr əsasında və bəzi hallarda qanda dövran edən antigenin tapılması ilə diaqnoz qoyulur. Növləri

Bədənin təsir etdiyi hissədən asılı olaraq filarial qurdları üç növə bölünürlər:

Limfatik filariozu — Vuchereria bancrofti, Brugia malayi və Brugia timori qurdları tərəfindən törədilir. Bu qurdlar limfa sistemini, o cümlədən limfa düyünlərini kolonizasiya edir və xroniki hallarda bu qurdlar fil xəstəliyinə səbəb olur. Dərialtı filariozu — Loa loa (göz qurdu), Mansonella streptocerca və Onchocerca volvulus parazitlər törədir. Bu qurdlar yalnız dərinin altında bir təbəqə tutur. loa Loa — loa filariasis, Onchocerca volvulus isə onxoserkoza (çay korluğu) səbəb olur. Seroz boşluq filariozu — qarın boşluğunun seroz boşluğunu tutan Mansonella perstans və Mansonella ozzardi qurdları törədir.

Adətən bir toxumada qalan yetkin qurdlar mikrofilariya kimi tanınan erkən sürfələr formalarını insanın qanına buraxırlar. Simptomları

Limfatik filariozın ən yayılan simptomu fil xəstəliyidir - dərinin və altdakı toxumaların qalınlaşması ilə şiş. Bu ağcaqanad dişləmələri ilə ötürülən ilk xəstəlikdir. Fil xəstəliyi limfa sistemində parazitlər məskunlaşdıqda baş verir. Fil xəstəliyi zamanı əsasən aşağı ətraflar, nadir hallarda qulaqlar və selikli qişalar təsirlənir. Bununla belə, müxtəlif növ filarial qurdlar bədənin müxtəlif hissələrinə təsir göstərir — Vuchereria bancrofti ayaqlara, qollara, vulvaya, döşlərə və xayaya təsir göstərə bilər (hidroselin əmələ gəlməsinə səbəb olur), Brugia timori isə nadir hallarda cinsiyyət orqanlarına təsir göstərir. Fil xəstəliyinin xroniki mərhələlərində olanlar adətən mikrofilariyalardan (amikrofilariyalardan) azad olurlar və tez-tez mikrofilariyalara, eləcə də yetkin qurdlara qarşı mənfi immunoloji reaksiyalara malikdirlər. Dərialtı qurdlar səpgi, köpəşmələr, həmçinin hiper və hipopiqmentasiyalı ləkələri ilə özünü göstərir.

Onchocerca volvulus gözlərdə özünü göstərir və dünyada korluğun əsas səbəblərindən biri olan "çay korluğuna" (onxoserkoz) səbəb olur. Seroz boşluq filariozu qarın ağrısı ilə yanaşı, dərialtı filariozlara bənzər simptomlarla özünü göstərir, çünki bu qurdlar dərin toxumalarda da yaşayır.

Diaqnozu thumb|Dirofilaria immitis (Ürək qurdları) lenfomalı bir itin limfa düyünlərində mikrofilarialar. Bu körpə nematod xərçəngin çoxsaylı əlamətlərini göstərən yetişməmiş orta və böyük limfositlərdən ibarət bir torbada yerləşir.

Filarioz adətən nazik və qalın qan yaxmalarında mikrofilariyanın müəyyən edilməsi ilə diaqnoz qoyulur. Barmağı sancdıqda barmaq ucunun kapilyarlarından qan alınır; qan nümunəsi üçün daha böyük damarlar istifadə edilə bilər, lakin ciddi vaxt məhdudiyyətlərinə riayət edilməlidir.

Qan ötürücü həşəratların qidalanma fəaliyyətini əks etdirən uyğun vaxtda götürülməlidir. Məsələn ağcaqanad tərəfindən daşınan V. bancrofti — gecə qan ğötürmək üçün üstünlük verilən vaxtdır. Loa loa maral milçəyi tərəfindən daşınır - gündüz qan ğötürmək üçün üstünlük verilir. Bu diaqnostik üsul yalnız qanı ağciyərlərdən dəriyə daşıyıcı kimi istifadə edən mikrofilariyalar üçün uyğundur.

M. streptocerca və O. volvulus kimi bəzi filarial qurdlar qandan istifadə etməyən mikrofilariyalar əmələ gətirir; onlar yalnız dəridə yaşayırlar. Bu qurdlar üçün diaqnoz dəri hissələrinə əsaslanır və istənilən vaxt həyata keçirilə bilər. Konsentrasiya üsulları

Müxtəlif konsentrasiya üsulları tətbiq olunur: membran filtri, Knott konsentrasiyası üsulu və çökmə üsulu.

Diaqnoz qoymaq üçün dövran edən filarial antigenləri aşkar edən polimeraza zəncirvari reaksiya və antigenik analizlər də mövcuddur. Sonuncular amikrofilaraemik hallarda xüsusilə faydalıdır. Spot antigen testləri daha həssasdır və gecə vaxtı yox istənilən vaxt test etməyə imkan verir.

Limfa düyünlərinin aspiratı və şiloz maye də mikrofilariyaya səbəb ola bilər. KT və ya MRT kimi tibbi görüntüləmə, şilyoz mayedə filarialı aşkar edə bilər. Müalicəsi

Tövsiyə olunan müalicə ivermektin ilə birləşdirilmiş albendazoldur. Dietilkarbamazin və albendazolun birləşməsi də təsirlidir. Dərmanların yan təsirləri arasında ürəkbulanma, qusma və baş ağrıları var. Dərmanlar insanın sağlamlığı üçün vacib olsa da, düzgün gigiyena da tələb olunur.

2003-cü ildə fil xəstəliyinin müalicəsi üçün geniş yayılmış antibiotik - doksisiklin təklif edilmişdir. Tədqiqat qrupları

2015-ci ildə Uilliam K. Kampbell və Satoşi Omura ivermektinin daha təkmilləşmiş formasında limfatik filariazın baş verməsini azaldan avermektin dərmanının kəşfinə görə fiziologiya və tibb üzrə həmin il Nobel mükafatına layiq görülmüşdülər. Heyvanlarda

Filariasis həmçinin mal-qara, qoyun və it kimi ev heyvanlarına da təsir edə bilər. Mal-qara

Zərərli hemorragik dermatit mal-qarada Parafilaria bovicola tərəfindən törədilən klinik xəstəlikdir. Mal-qarada dəridaxili onxoserkoz Onchocerca dermata, O. ochengi və O. dukei səbəbiylə dəri zədələri ilə nəticələnir. O. ochengi insan O. volvulus onxoserkozla (çay korluğu) ilə sıx əlaqəlidir, eyni vektoru paylaşır və insan təbabəti tədqiqatlarında faydalı ola bilər. Stenofilaria assamensis və başqaları Asiyada mal-qarada müxtəlif xəstəliklərə səbəb olur. Atlarda

“Yay ​​qanaxmaları” baş və yuxarı ətraflarda Parafilaria multipapillosa (Şimali Afrika, Cənubi və Şərqi Avropa, Asiya və Cənubi Amerika) tərəfindən törədilən hemorragik dərialtı düyünlərdir. İtlərdə

Ürək filariozuna Dirofilaria immitis səbəb olur. Həmçinin bax

Askaridoz Helmintozlar İstinadlar

Xarici keçidlər

Kateqoriya:Heyvan xəstəlikləri Kateqoriya:Parazitar xəstəliklər Kateqoriya:Parazitologiya Kateqoriya:Həşəratlarla ötürülən xəstəliklər Kateqoriya:Tropik xəstəliklər