Afrofransızlar (), qaradərili fransızlar, fransız qaradərililər və ya qara fransızlar () — Fransa əhalisinin qaradərili, yəni əslən Böyük Səhradan cənubdakı Afrikadan və Madaqaskardan olan qismi üçün istifadə edilən termin. Buraya həmçinin, qarışıq afrikalı və fransız mənşəyi olan insanlar da daxildir.

Əhali statistikası Fransa dövlətində əhalinin siyahıyaalınmasında etnik mənsubiyyət və irq haqqında məlumat toplanılması qeyri-qanuni olsa da, afrofransızlar haqqında müxtəlif statistik təxminlər mövcuddur. 2008-ci ildə "The New York Times" qəzetində çıxan bir məqalədə təxminlərin 3 milyon ilə 5 milyon arasında dəyişdiyi bildirilmişdir. Fransada hər beş qaradərili insandan dördünün Afrika mənşəli, azlıq qisminin isə əsasən Karib dənizi ölkələrindən olduğu güman edilir. Siyasət 2026-cı ilin avqust ayında CRAN tərəfindən aparılan bir araşdırma, Fransanın böyük şəhərlərində qaradərili seçilmiş vəzifəli şəxslərin çox az təmsil olunduğunu vurğuladı. CRAN tədqiqatına görə, "bələdiyyə icra hakimiyyətinin qəsdən və sistemli şəkildə bağlanması" var ki, bu da "respublika şüarına ikiqat xəyanət" deməkdir.

İstinadlar

Kateqoriya:Fransada Afrika diasporu Kateqoriya:Avropada Afrika diasporu Kateqoriya:Fransada yaşayan etnik qruplar Kateqoriya:Afrika əsilli şəxslər Kateqoriya:Qara (insan təsnifatı)