Kuzunqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun Kuzunqışlaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Ləzgilərin kuzunar xeli(klan) Qusar dağlarında yerləşən Kuzun kəndindən köç edərək Qusar malı düzənliyində Atlıxan və Kuzunqışlaq kəndlərini salmışdır. Kəndin ərazisi tarixi olaraq Kuzunar klanın tərəfindən istifadə olunmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427 Təxminən 1050-ci ildən yaşayış məskəni olduğu sübut olunmuşdur.
Toponimikası Oykonim Kuzun (kənd adı) və qışlaq komponentlərindən ibarət olub, "Kuzun kəndinin qışlağı" mənasındadır. Qışlaq kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Kuzunqışlaq oyk., mür. Samur-Abşeron kanalının sahilində, düzənlikdədir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1079 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Sixillər
Kuzunar klana daxil kəndəki sixillər (klanlar, soylar):
Ğezerar K’ehdirar Kemeçar Talaqar
Təhsilin vəziyyəti Kənddə bir orta və bir ibtidai məktəb binası var.
Həmçinin bax
Atlıxan Kuzun Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri