Urva (ləzgi. Вурвар — «Vurvar») — Azərbaycan Respublikasının Qusar rayonunun Urva kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Çar imperiyası ilə mübarizə

XIX əsrdə Yasab kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər. Həmin dövrdə İmam Mahdi (Avdayev) Vurvarvi Urva kəndindən müsəlman ləzgi döyüşçü dəstəsi toplayaraq onlara dəstək vermişdirЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19-39.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Vurvar kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.

Toponimikası Urva oyk., sadə. Dağətəyi düzənlikdədir. Urba variantında da qeydə alınmışdır. Kənd bir qrup ləzgi ailəsinin məskunlaşması nəticəsində yaranmış və oradakı Urva pirinin adı ilə adlanmışdır. Tədqiqatçılara görə, oykonim uran dillərindəki ur av sözündən olub, “qala” deməkdir. Lakin bu coğrafi adı Uroba variantında “yüksəklikdə, təpədə olan oba”, “obanın məskunlaşdığı yer, dayanacaq” kimi də izah etmək olar. Türk dillərində ur komponentinin “şiş, çıxıntı”, “dayanacaq” mənalan da vardır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2381 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Sixillər

Vurvar klana daxil kəndəki sixillər (sept, soylar)Сборник сведений о Кавказе. Том 5: Списки населенных мест Кавказского края. Ч.1:Губернии: Эриванская, Кутаисская, Бакинская и Ставропольская и Терская область. — :

Xürexar Qaquyar K’uruşar Ne’ar Nak’vnedaybur Şayx-Muhammadar Şatar Dalaşar Həmçinin bax Urvaoba Qusar rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qusar rayonunun kəndləri