Əbdülhey Çoban () — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj.

Səsləndirmə Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdir. Sonradan personajı Qədir Çermik səsləndirməyə başlamış, amma bir müddət Qədir Çermiklə yaranan problemlərə görə "Qurdlar Vadisi"ndə bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirilmiş, daha sonra yenidən Qədir Çermiklə davam edilmişdir.

Qurdlar Vadisində Əbdülhey "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib. Daha sonra Aslan Akbəy tərəfindən İstanbula çağırılıb və Polad Ələmdarı qoruması üçün yanına yerləşdirilib. Adı ərəbcədir və orijinal forması "Abd al-Hayy"dır və "canlı/həyatı verən (əl-Hayy) qulu" mənasını verir.

Bir müddət sonra ona "KGT" agenti olan və mafiya quruluşuna sızmış Polad Ələmdar adlı adamı qoruyacağı son vəzifəsi verildi. Vəzifəsinə görə Polad Ələmdarın qarşısına zibilçi kimi çıxdı. Bu hadisədən sonra Polad Ələmdar və Əbdülhey çox yaxşı dost oldu.

Qurdlar Vadisi: Pusquda Əbdülhey "Qurdlar Vadisi" əməliyyatı bitdikdən sonra sol əli olaraq Polad Ələmdarın yanında qaldı. Bir dəfəsində aralarına girib sonradan tərəf dəyişdirmiş olan Hakan və Amerika agentləri tərəfindən işgəncə altında dindirilmiş (Qurdlar Vadisi: Pusqu 18-ci bölüm), başqa bir dəfə Aron Feller tərəfindən beyninə dərman verilmiş, yaddaşını itirmiş və Hakanında xidmət etdiyi İsgəndər Böyükə xidmət etmişdir. Daha sonra xilas edilmiş və Doktor Qayə Əbdülheyi müalicə etmişdir. Lakin sonra Polad Ələmdar yaddaşını bərpa edə bilmişdir. Bundan başqa, Əbdülhey (Zülfü Yüksəl) komandanın sakit üzvlərindən biridir, əməliyyatlarda ehtiyatlıdır. Düşünərək hərəkət edir, emosiyalarını çox yaxşı göstərmir və Məmati Başın ölümündən sonra Polad Ələmdarın sağ əli olur. Polad Ələmdarın sirri bildiyi üçün öldürüldüyünü düşünür və bu səbəbdən böyük bir depressiyaya girir. Ancaq Polad Ələmdar ölməmişdir.

Yeni ağsaçlı olan Polad Ələmdar Əbdülheyi naib təyin edir və bir müddət sonra qarşısına çıxır. Əbdülhey yaşadığını gizlədən Polada əsəbiləşir və təkliflərini qəbul etmir. Daha sonra barışıb komandaya qayıdır. əbdülhey "Ağsaqqallar" və "KGT"dəki bütün vəzifələrini atıb özünə yeni həyat qurmaq istəyir. Dövlət işlərindən uzaqlaşdıqdan sonra Əbdülhey Qayə ilə evlənir. Amma sonradan etdiyinə peşman olub yenidən Poladın yanına qayıdır.

Ölümü 229-cu bölümdə Mr. Keynin ofisə qoyduğu bombanı görəndə bombanı əlinə alıb uzaqlaşdırmağa çalışır. Lakin o sırada Mr. Keyn bombanı partladır və Əbdülhey ölür. 234-cü bölümdə Akif, Mr. Keynin xəstəxana otağına gəlir və otaqdakı oksigen borusunu partladır. Beləliklə, o, Əbdülheyin qisasını alır.

İstinadlar

Kateqoriya:Qurdlar Vadisi obrazları