Əcəxur — Azərbaycan Respublikasının Qusar rayonunun Əcəxur kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası Əcəxur oyk., mür. Köpərçayın sahilində, dağətəyi ərazidədir. Əcəhur variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, kənd ləzgi dilində əcə (hündür) və xur (kənd) sözlərindənibarət olub, "hündürlükdə olan kənd" mənasındadır. Digər tədqiqatçılara görə, kənd şəxs adı ilə (Hacixur) bağlıdır və yaşayış məntəqəsinin vaxtı ilə konkret olaraq hansı şəxsə mənsub olduğunu göstərir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 607 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmış şəxsiyyətləri Əhməddin Rəcəbli — samboçusu və cüdoçusu, cüdo və sambo məşqçisi
Həmçinin bax Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri