Pyotr Alekseyeviç Bezobrazov (; ) – Rusiya İmperator Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı Vladivostok eskadrasının komandiri olmuşdur. Müharibədən sonra donanmanın görkəmli fiqurlarından biri olmağa davam etmişdir.

Həyatı Pyotr Bezobrazov 1842-ci ildə doğulmuşdur. 1864-cü ildə "Dmitrii Donskoi" freqatında donanma xidmətinə başlamışdır. 1883-cü ildə "Svietlana" freqatının zabiti olmuşdur. 1885–1888-ci illərdə bir neçə kanoner qayığının komandiri təyin olunmuş, 1890-cı ildə kapitan rütbəsinə yüksəlmişdir. 1893–1897-ci illərdə "General-Admiral" krayserinin və "Navarin" döyüş gəmisinin komandiri olmuşdur. 1897-ci ildə kontr-admiral rütbəsinə yüksəlmiş, 1901-ci ilə qədər Kronştadtdakı donanma bazasındə heyət başçısı və Baltika Donanmasında köməkçi komandir olmuşdur. Daha sonra Qara Dəniz Donanmasında xidmət göstərməyə başlamış və 1903-cü ildə vitse-admiral rütbəsi almışdır.

Rus-yapon müharibəsi Vitse-admiral Stepan Makarovun ölümündən sonra 8 may 1904-cü ildə Birinci Sakit Okean Eskadrasının baş komandanı təyin olunmuşdur. 12 iyun 1904-cü ildə Vladivostoka gəlmişdir, lakin yaponlar dənizlərə nəzarət etdiyi üçün Port-Arturdakı eskadraya birbaşa komandanlıq edə bilməmiş, onun vəzifəsi sadəcə kağız üstündə qalmışdır. Bezobrazov Vladivostok eskadrasının komandanlığını öz üzərində götürmüş və 15 iyun 1904-cü ildə Tsuşima boğazı hücumu zamanı Vladivostok Müstəqil Krayser Eskadrasına başçılıq etmişdir. "Rossia", "Rurik" və "Gromoboi" krayserlərindən ibarət olan bu eskadra Yaponiyanın üçün nəqliyyat gəmisini batırmışdır.

Bezobrazov 1904-cü ilin sentyabrında Kronştadta göndərilmiş və Baltika Donanmasının baş komandanı təyin olunmuşdur. 1904-cü ilin dekabrından 1906-cı ilin iyuluna kimi əsas donanma heyətinin başçısı olmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:Novodeviçye qəbiristanlığında dəfn olunanlar (Sankt-Peterburq)