Ərən Bülbül (; ) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq.
Erkən həyatı Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi.
Ölümü 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi. PKK-nın hücumu nəticəsində Bülbül və Fərhad Gedik adında bir polis öldü, bir polis yaralandı. Ölümündən sonra polisin bədənindən 41 güllə çıxıb. Daha sonra təqsirkar şəxslərin yaxalanması üçün ərazidə geniş əməliyyatlara başlanıldı.
Trabzon ilinin Maçka ilçəsində dəfn edildi.
Axtarış əməliyyatları Ərənin öldüyü hücumdakı qruplaşmada birbaşa əli olan iki nəfər müəyyənləşdirildi və əməliyyat tədbirləri nəticəsində öldürüldü. Onlardan biri qırmızı bülletenlə axtarılırdı.
Türkiyə Daxili İşlər Nazirliyinin ölkə daxilində keçirdiyi əməliyyatlara "Ərən əməliyyatları" adı verildi. Ölkə daxilində bir çox illərdə keçirilən genişçaplı əməliyyatlar nəticəsində çox sayda sığınma yerləri və dəstə üzvləri məhv edildi, yaralı və sağ olaraq ələ keçirildi. Həmçinin çox sayda müxtəlif silah-sursatlar ələ keçirildi.
Reaksiyalar Ərənin "Facebook" hesabında paylaşdığı paylaşım ölümündən sonra sosial şəbəkələrdə #İyikiVarsınEren heşteqi ilə kütləvi şəkildə paylaşıldı. Anası oğlunun ölümünün bütün ölkənin kədərinə səbəb olduğunu bildirdi. Bundan əlavə, PKK silahlılarının harada gizləndiyini öyrənmək üçün Ərəni özləri ilə aparan Türkiyə təhlükəsizlik qüvvələrini tənqid edərək oğlunun hadisə yerinə aparılmasının yanlış olduğunu ifadə etdi.
Sabiq Türkiyə daxili işlər naziri Süleyman Soylu Türkiyə mühafizə orqanları tərəfindən keçirilən əməliyyatda öldürülən qruplaşma üzvləri ilə bağlı "Twitter" hesabında paylaşım edərək Türkiyə polisini təbrik etdi.
Kamal Kılıçdaroğlu və digər bəzi siyasətçilər və ictimaiyyət tərəfindən hadisə qınanılıb. Kamal Kılıçdaroğlu Ərənin hadisə yerinə aparılmasının yanlış olduğunu açıqlamışdır.
İrsi və xatirəsi thumb|Sivasda yerləşən Şəhid Ərən Bülbül Dəmiryolu Stansiyası 2018-ci ildə İnsani Yardım Fondu tərəfindən Somalinin paytaxtı Moqadişoda Ərən Bülbül adına yetimxana açıldı.
"Sən anlat Qara dəniz" adlı Türkiyə teleserialında yad edildi.
25 iyun 2019-cu ildə Türk Hava Yolları tərəfindən Boeing 787 tipli sərnişin təyyarəsinə ad verilməsi üçün "Twitter"-də bir sorğu başladıldı. Sorğuda tövsiyə edilən alternativlər arasında Perge, Assos, Göbəklitəpə, Zevqma kimi antik şəhər adları var idi, ancaq Ərən Bülbülün adı yer almırdı. Bir çox "Twitter" istifadəçisi təyyarəyə Ərən Bülbül adı verilməsi istiqamətində kampanya başlatdı. Tələb olunca Türk Hava Yolları bu təklifi diqqətə aldı, amma təyyarəyə Ərən Bülbülün deyil, yurdu Maçka adının verilməsinə qərar verdi.
17 sentyabr 2021-ci ildə Bursaspor tərəfdarları Nigerdə Ərən Bülbül və Fərhad Gedik adına su quyusu açdırdı.
2022-ci ildə doğum günü olan 1 yanvarda ekranlara çıxan "TRT"-nin də ortaq istehsalı olan Kəsişmə: Yaxşı ki, varsan, Ərən filmi Ərənin həyat hekayəsindən bəhs etməkdədir.
Mersinin Akdəniz ilçəsindəki bir məhəllədəki parka adının verilməsini ehtiva edən təklif CHP və HDP bələdiyyə məclisi üzvlərinin qarşı səs vermələri ilə rədd edildi. Bunun əvəzinə, "İyiki Varsın Eren Parkı" yazılı löhvə bələdiyyə başçısı və məhəllə sakinləri ilə parkın girişinə inşa edildi.
Üsküdar bələdiyyəsi 2021-ci ildə inşa etdiyi bir parka "Şəhid Ərən Bülbül Parkı" adını verdi.
İstinadlar
Kateqoriya:Öldürülmüş uşaqlar Kateqoriya:Trabzon tarixi Kateqoriya:Türkiyədə qətlə yetirilənlər Kateqoriya:Türkiyədə qətllər Kateqoriya:11 avqustdakı hadisələr