Əsəd Əliyev (23 may 1970) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.
Karyerası Əsəd Əliyev 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Beslan Tsaqiyeva məğlub olan Əsəd Əliyev Avropa Çempionatının gümüş medalına sahib oldu.
1994-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan Avropa Çempionatını isə Əsəd Əliyev 18-ci pillədə başa vurdu.
Daha sonra Əsəd Əliyev 1995-ci ildə Bezanson şəhərində (Fransa) Avropa Çempionatını 14-cü, Praqa şəhərində (Çexiya) Dünya Çempionatını isə 22-ci pillədə başa vurdu.
1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatını 15-ci, 1997-ci ildə Kouvola şəhərində (Finlandiya) baş tutan Avropa Çempionatını isə 12-ci pillədə başa vuran Əsəd Əliyev, 1997-ci ildə idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə11993Avropa Çempionatı İstanbul2.21994Avropa Çempionatı Yunanıstan18.31995Avropa Çempionatı Fransa14.4Dünya Çempionatı Çexiya22.51996Avropa Çempionatı Macarıstan15.61997Avropa Çempionatı Finlandiya12.
İstinadlar
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri