Quşlar — Azərbaycan Respublikasının Qəbələ rayonunun Quşlar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Quşlar kəndi rayondan 30 km. cənub-qərbdə Türyançayın sahilində Daşüz silsiləsinin ətəyindədir. Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə türk mənşəli Kuş (quş) etnonimindən yaranmışdır.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009. Hazırda burada 600 nəfər əhali yaşayır. 134 təsərrüfatı və 370 hektar yararlı torpağı var. Mərkəzi yolla arası 7 km-dir. Taxılçılıq və heyvandarlıqla yanaşı, kənd sakinləri yeni üzüm sahələrini də bərpa edirlər və bu məhsula meyil artdığından, 120 hektar sahədə yeni üzüm bağları salınıb. Bu da əhalinin bir qismi üçün yeni açılan iş yeri hesab edilir. Əhalinin dolanışığı istənilən səviyyədədir. Təsərrüfatlarda çalışan camaat mal-qaranın da sayını artırır və heç nədən korluq çəkmirlər. Kənddə orta məktəb, ictimai iaşə müəssisələri, mədəniyyət ocaqları və tibb məntəqəsi var. Qarşıdakı illərdə bir neçə yeni tikintilərin aparılması nəzərdə tutulub. Nümayəndəlik üçün yüksək səviyyədə bina inşa ediləcək. Kəndə qaz xəttinin çəkilməsi planlaşdırılır.

Toponimikası Quşlar oyk., sadə. Kürdəmir r-nunda kənd. Kürün sahilindədir. Keçmiş adı Quşilər olmuşdur, Türyançayın sahilində, Daşüz silsiləsinin ətəyindədir. Tədqiqatçılar kəndin admı orta əsrlərdə Azərbaycanda məskunlaşmış türkdilli qara hunların bir qolunun adı ilə bağlı olduğunu göstərirlər.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 548 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Qəbələ rayonu

Xarici keçidlər İnzibati Ərazi Vahidləri

İstinadlar

Kateqoriya:Qəbələ rayonunun kəndləri