Mədinə əz-Zəhra (الزارمدينن الالزهران "Madīnat al-Zahrā; — "parlayan şəhər") — İspaniyanın Syerra-Morena dağ silsiləsində, Kordova şəhərindən 8 kilometr qərbdə yerləşən, xəlifə III Əbdürrəhmanın əmri ilə X əsrdə inşa edilmiş saray-şəhər.

2018-ci ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.

1923-cü ildən Mədinə əz-Zəhra arxeoloji ərazisi İspaniyanın milli mədəniyyət abidəsi elan edilib.

Əl-Məqqari kimi tarixçilər şəhərin adının etimologiyası ilə bağlı bildirirlər ki, Mədinə əz-Zəhra sarayı III Əbdürrəhmanın sevimli cariyəsinin adı ilə bağlıdır və girişdə onun heykəli vardır. Şəhərdə heykəllərin olmasına baxmayaraq, Merian Barrukan belə bir heykəlin mövcud olmadığını iddia edir. Digər tərəfdən, Feliks Arnold daha sadə bir izah təqdim edərək, şəhərin adının həm də "parlayan şəhər" və ya "parlaq" mənasında olduğunu deyir.

İstinadlar

Kateqoriya:İspaniya tarixi Kateqoriya:İslam memarlığı Kateqoriya:İspaniyadakı arxeoloji abidələr Kateqoriya:X əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:İspaniyadakı ümumdünya irsi