Artim Şakiri (; ) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Məşqçi. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı.
Futbolçu karyerası
Klub karyerası Artim Şakiri 23 sentyabr 1973-cü ildə Struqa yaxınlığındakı Livada kəndində alban ailəsində anadan olmuşdur. Livadanın "Dinamo" komandasının yetirməsidir. Peşəkar karyerasını 1991-ci ildə Struqa şəhərini təmsil edən "Karaorman" klubunda başlayıb. 1992/93 mövsümündə bu komandanın heyətində birinci diviziondan yüksək liqaya vəsiqə qazanıb. Yüksək liqada öz oyunu ilə diqqət çəkməyi bacaran futbolçunu mövsümün sonunda ölkənin aparıcı klubu olan "Vardar" heyətinə qatıb. Vardarın heyətində ölkə çempionatının qızıl (1994/95), gümüş (2000/01) və bürünc (1995/96) mükafatçısı, Makedoniya Kubokunun isə ikiqat (1994/95, 1998/99) qalibi olmuşdur.
1997 və 1998 mövsümlərini icarə əsasında İsveçin "Halmstad" komandasında keçirib. Buradakı ilk mövsümündə ölkə çempionatının qalibi olub. 2000-2001-ci illərdə Sloveniyanın "HİT-Qoritsa" və "Korotan" komandalarında forma geyinib. 2001/02 mövsümünü Türkiyə Super Liqası təmsilçisi olan "Malatyaspor" komandasında keçirib. Burada 23 oyun keçirib, 3 qol vurub. 2002/03 mövsümündə Bolqarıstanın "MOİK Sofiya" klubu ilə ölkə çempionluğu qazanıb. Lakin buna baxmayaq, növbəti mövsüm komandanı tərk edib və Çempionşipdə mübarizə aparan "Vest Bromviç Albion" komandasına keçib. Komanda Çempionşipdə ikinci yeri tutaraq növbəti mövsüm Premyer Liqada çıxış etmək hüququnu qazanıb. 2004/05 mövsümündə əsas heyətə düşməkdə çətinlik çəkib və cəmi 3 oyunda forma geyinib.
2003-2008-ci illər aralığında müvafiq olaraq "Olborq", "İnter Turku", "Vaduts", "Şkendiya" və "Besa Kavaya" komandalarında forma geyinib. 2008-ci ilin yayında Azərbaycanın "Qarabağ" komandasına transfer olunub. Ağdam təmsilçisi mövsümün yekununda ölkə Kubokunun qalibi olub, çempionatı isə beşinci pillədə başa vurub.
Milli karyerası 28 may 1996-cı ildə Bolqarıstan milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Şimali Makedoniya milli futbol komandasının heyətində debüt edib. Şakiri 1996–2006-cı illər aralığında formasını geyindiyi Şimali Makedoniya milli futbol komandasının heyətində ümumilikdə 73 oyun keçirib və 15 qol vurub.
Artim Şakiri Şimali Makedoniya milli futbol komandasının heyətində ən çox oyun keçirmiş altıncı, ən çox qol vurmuş isə dördüncü futbolçudur.
Məşqçi karyerası Artim Şakiri müxtəlif illərdə Şimali Makedoniyanın "Şkendiya", Albaniyanın "Kukesi", Maltanın "Pembruk Atletik" və Kosovonun "Flamurtari" komandalarında baş məşqçi işləyib. "Kukesi" 2014/15 mövsümündə onun rəhbərliyi altında Albaniya çempionatının və Kubokunun gümüş mükafatçısı olub.
Mükafatları Vardar Makedoniya çempionatı: 1994/95 Şimali Makedoniya Kuboku: 1994/95, 1998/99
Halmstad İsveç çempionatı: 1997
MOİK Sofiya Bolqarıstan çempionatı: 2002/03
Qarabağ Azərbaycan Kuboku: 2008/09
İstinadlar
Xarici keçidlər Artim Şakiri Footballfacts.ru saytında Artim Şakiri Macedonianfootball.com saytında Artim Şakiri "Qarabağ" komandasının heyətində
Kateqoriya:Şimali Makedoniya futbolçuları Kateqoriya:ÇSKA Sofiya FK futbolçuları Kateqoriya:Vest Bromviç Albion FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Albaniya Superliqası futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları Kateqoriya:Qoritsa FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Bolqarıstanda legioner futbolçular Kateqoriya:Besa FK futbolçuları Kateqoriya:Şkendiya FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri