right|thumb| Panzerkampfwagen VIII "Maus", 2013 Kummersdorf-Gut, Neue Verskraft, Hall Panzerkampfwagen VIII "Maus" (Zirehli Döyüş Maşını VIII "Siçan") Porsche şirkəti tərəfindən istehsal olunan super ağır tankdır. Tankın istehsalına 1944-cü ildə başlanılmış və 141 ədəd istehsalı planlaşdırılırmışdır, lakin Kral Hərbi Hava Qüvvələrinin davamlı bombardmanı ilə bu plan yarımçıq qalmışdır. Nəticədə 8 ay ərzində Maus tankının istehsalı mümkün olmamışdır. Obyektlər bərpa edildikdən sonra isə sifarişlər də azaldılmış, 141 tank əvəzinə cəmi 2 tank və 1 qüllə istehsal edilmişdir. Kral Hərbi Hava Qüvvələri tərəfindən Alman hərbi obyektlərinin davamlı surətdə bombardmanı istehsalı dayanma səviyyəsində saxlamasaydı, çox sayda Maus tanklarının istehsalı və bu da öz növbəsində bu tankların İkinci Dünya müharibəsində istifadə olunmasına yol aça bilərdi. Tankın hal-hazırda dünyada olan yeganə orijinal modeli Rusiyadakı Kubinka Tank Muzeyində sərgilənir. Tankın əsas silahı 12.8 sm-lik top olmuşdur. Maksimal sürəti isə 20 km/saat təşkil etmişdir.
İstinadlar
Kateqoriya:Növlərinə görə tanklar Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Tank tarixi