Ləmbəli körpüləri — Loru mahalının Barana (31 dekabr 1937-ci ildən — Noyemberyan) rayonunun qədimdən türk-oğuz boylarının anayurdu olmuş, 1948-ci ildən sonra isə ermənilərin məskunlaşdığı Ləmbəli (31.12.1937-ci ildən — Debedaşen) kəndində Tona (Debed) çayı üstündə körpü tağları.
Haqqında Azərbaycanlıların kompakt halda yaşadığı Loru mahalının Barana rayonunun Ləmbəli kəndində (dəyişdirilmiş adları ilə: Noyemberyan rayonunun Baqrataşen kəndi) Tona çayı üzərində körpü tağları mövcud olmuşdur.Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılmışdır.
İstinadlar
Xarici keçidlər
Qerbi Azerbaycan-biblioqrafiya Ləmbəlinin qalan qolları
Kateqoriya:Ermənistan abidələri