II Joslen () () — sonuncu Edessa qrafı.Runciman, Steven (1951) . A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East. Cambridge: Cambridge University Press Atası Edessa qrafı I Joslen, anası isə Kilikiya çarı I Konstantinin qızı Beatrisa idi.
Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi. Bu əsnada Ön Asiyada güclənən zəngilər Hələb və Mosul torpaqlarını ələ keçirmiş, Edessa bölgəsi üçün təhlükə yaratmağa başlamışdılar. 1144-cü ildə Edessa qalasını mühasirəyə alan zəngilər 24 dekabrda qalanı ələ keçirdilər. Canını zorla xilas edən II Joslen 1146-cı ilin oktyabrında hakimiyyəti bərpa etmək üçün yenidən ayaqlansa da, cəmi 1 ay sonra yenidən məğlub edildi. 1150-cı ildə zəngilər tərəfindən əsir alındı və gözlərinə mil çəkilərək Hələbə aparıldı. Burada 1159-cu ildəki ölümünədək əsir tutuldu.
Mənbə
Elisseeff, N. (1991). "Manbidj". In Bosworth, C. E.; van Donzel, E. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, Second Edition. Volume VI: Mahk–Mid. Leiden: E. J. Brill. pp. 377–383. ISBN 978-90-04-08112-3 Nicholson, Robert L. (1969) . "The Growth of the Latin States, 1118-1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years (Second ed.). Madison, Milwaukee, and London: University of Wisconsin Press. ISBN 0-299-04834-9 Fink, Harold S. (1969) . "The Foundation of the Latin States, 1099-1118". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years (Second ed.). Madison, Milwaukee, and London: University of Wisconsin Press. ISBN 0-299-04834-9
İstinadlar
Kateqoriya:XII əsr Asiya hökmdarları