Mahinur Özdəmir Göktaş () — Türkiyə–Belçika siyasətçisi, diplomat. Brüssel Regional Məclisinin üzvü və 2020–2023 illər arasında Türkiyənin Əl-Cəzayirdəki fövqəladə və səlahiyyətli səfiri kimi vəzifələrdə çalışmışdır. Həmçinin o, parlamentin ən gənc və ilk hicablı qadın üzvü olub. 3 iyun 2023-cü ildən Ailə və Sosial Xidmətlər naziridir.
Erkən illəri 7 noyabr 1982-ci ildə Brüksel şəhərinə aid 19 bələdiyyədən biri olan Sxarbek-də doğuldu.
Fransız, niderland, ingilis, türk və ispan dillərində danışa bilir.
Siyasi fəaliyyəti 29 may 2015-ci ildə Erməni soyqırımını tanımadığını bildirdiyi üçün partiyasından atıldı və siyasətə bitərəf davam etdi.
Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra iyun 2023-cü ildə Ailə və Sosial Xidmətlər naziri təyin edildi.
Şəxsi həyatı 2010-cu ildə AKP siyasətçisi Rəhmi Göktaşla evləndi. 2 uşağı var.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Erməni soyqırımının inkarçıları Kateqoriya:Türkiyənin Əl-Cəzayirdəki səfirləri Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Türkiyənin qadın siyasətçiləri Kateqoriya:Belçika siyasətçiləri Kateqoriya:Türkiyə müsəlmanları