Tit Kvinksi Flaminin (; ) — Qədim Roma siyasi xadimi və sərkərdəsi. İkinci Pun müharibəsinin iştirakçısı olmuşdur E.ə. 205–204-cü illərdə imperiya propretoru səlahiyyətləri ilə Tarentin komendantı olmuşdur. E.ə. 198 ildə konsul (pretor vəzifəsini icra etmədən), e.ə. 197–194-cü illərdə prokonsul idi. E.ə. 197-ci ildə yunan müttəfiqləri ilə birlikdə Kinoskefala yaxınlığında Makedoniyalı V Filippin ordusunu məğlubiyyətə uğratmış və onunla sülh müqaviləsi bağlamışdır. Özünün filellin olduğunu bildirərək Yunanıstanda müxtəlif qüvvələr arasında manevretmə siyasəti yürütmüşdür. E.ə. 196-cı ildə İstmiya oyunları zamanı Elladanın “azad olunmasını” elan etmişdir. E.ə. 195-ci ildə Axayya ittifaqının xahişi ilə Sparta tiranı Nabis üzərinə hücum etmiş, onu məğlubiyyətə uğradaraq Arqosdan çıxarmışdır. E.ə. 194-cü ildə qoşunlarını Elladadan çıxarsa da, onun əsas məntəqələrində (Korinf, Xalkida və Demetriada) qarnizonlar saxlamışdı. E.ə. 189-cu ildə senzor olmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat Livy, Ab Urbe Condita (English translation by Rev. Canon Roberts on Wikisource). Plutarch, Parallel lives. Polybius, The Histories (English translation by William Roger Paton on LacusCurtius). Ernst Badian, "The Family and Early Career of T. Quinctius Flamininus", The Journal of Roman Studies, Vol. 61 (1971), pp. 102–111. T. Robert S. Broughton, The Magistrates of the Roman Republic, American Philological Association, 1951–1952. Michael Crawford, Roman Republican Coinage, Cambridge University Press (1974, 2001). Friedrich Münzer, Roman Aristocratic Parties and Families, translated by Thérèse Ridley, Johns Hopkins University Press, 1999 (originally published in 1920). Rene Pfeilschifter, Titus Quinctius Flamininus, Untersuchungen zur römischen Griechenlandpolitik, Göttingen, Vandenhoeck & Ruprecht, 2005. Jörg Rüpke, Anne Glock, David Richardson (translator), Fasti Sacerdotum: A Prosopography of Pagan, Jewish, and Christian Religious Officials in the City of Rome, 300 BC to AD 499, Oxford University Press, 2008. Francis X. Ryan, Rank and Participation in the Republican Senate, Stuttgart, Franz Steiner Verlag, 1998.
Xarici keçidlər
Plutarch's parallel lives – Flamininus – Loeb edn. at Bill Thayer's website (accessed 13 July 2009) Livy's History of Rome
Kateqoriya:Qədim Roma sərkərdələri Kateqoriya:Kvinksilər Kateqoriya:Qədim Romanın konsulları Kateqoriya:İkinci Makedoniya müharibəsi