Qala-Salvador Dali Fondu — rəssam Salvador Dalinin bədii, mədəni və intellektual yaradıcılığını təbliğ etmək missiyası ilə yaratdığı özəl mədəniyyət qurumu. Fond həmçinin, rəssamın həyat yoldaşı Qala Dalinin adını daşıyır.

23 dekabr 1983-cü ildə Pubol qəsrində yaradılan quruma Dali əvvəldən şəxsən rəhbərlik etmişdir. 23 yanvar 1989-cu ildə vəfat etməsi 1991-ci ildə fondun idarə heyəti Ramon Boyşados Maleni prezident təyin edənə qədər davam edən keçid dövrünü başlatmışdır. 2017-ci ildən quruma Xordi Merkader Miro rəhbərlik edir.

İstinadlar

Xarici keçidlər The Gala-Salvador Dalí Foundation Museu Salvador Dalí a St. Petersburg (Florida)

Kateqoriya:Salvador Dali Kateqoriya:1983-cü ildə yarananlar Kateqoriya:İspaniya fondları