Raf (əsl adı Raffaele Ryefoli, ; ) — İtaliya müğənnisi.
Həyatı Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib.
Karyera Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər. Mahnı yarışmada 3-cü yeri tutur və bir sıra Avropa ölkələrində hit-paradlara daxil olur. Müğənni 1988-ci ildə ilk dəfə "Inevitabile follia" mahnısı ilə Sanremo Festivalına qatılır, finalda mahnı 11-ci yerə layiq görülür. 1989-cu ildə Raf Sanremo Festivalında "Cosa resterà degli anni '80" mahnısını oxuyur, sonda mahnı 15-ci yeri tutur. Növbəti dəfə ifaçı Sanremoya 1991-ci ildə dönür və bu dəfə təqdim etdiyi "Oggi un Dio non ho" adlı mahnı finalda 10-cu olur. Sonuncu dəfə 24 il sonra 2015-ci ildə Sanremo Festivalına qatılan müğənninin bronxit xəstəliyinə tutulması səbəbindən onun ifa etdiyi "Come una favola" mahnısı dördüncü axşamın sonunda finaldan kənarlaşdırılır.
Albomlar 1984 – Raf 1988 – Svegliarsi un anno fa 1989 – Cosa resterà… 1991 – Sogni… è tutto quello che c'è 1993 – Cannibali 1995 – Manifesto 1998 – La prova 2001 – Iperbole 2004 – Ouch 2006 – Passeggeri distratti 2008 – Metamorfosi 2011 – Numeri 2015 – Sono io
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya müğənniləri Kateqoriya:İtaliya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:İtaliyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edənlər
Kateqoriya:Columbia Records artistləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İtaliyanın "Avroviziya" təmsilçiləri