Visente Orteqa Vila (; ) — İspaniya həndbolçusu və futbolçusu. O, 1972 Yay Olimpiya Oyunlarının iştirak etmişdir.

Həyatı Visente Orteqa 11 sentyabr 1950-ci ildə İspaniyanın Solyana şəhərində anadan olmuşdur.

Valensiyadakı Dominikan Atalar Kollecində oxuyarkən həndbol oynamağa başlamışdır. 1966/67 mövsümündə gənclər arasında İspaniya çempionu olmuşdur.

O, qısa fasilələr ilə Valensiyanın "Markol" klubunda çıxış etmişdir. Fasilələr müddətində "Qandiya" futbol klubunda oynamışdır. 1970/71 mövsümündə İspaniya kubokunu qazanmışdır. Sonra bir neçə mövsüm "Atletiko Madrid" HK-də çıxış etmiş, sonra "Markol"a qayıtmış və burada həndbol karyerasını bitirmişdir.

O, karyerası ərzində İspaniyanın gənclər yığmasında 5, ölkənin kişilərdən ibarət millisində 20 oyun keçirmişdir.

2006-cı ildə vəfat etmişdir.

İrsi Solyana şəhərində yerləşən idman kompleksi Visente Orteqa Vilanın adını daşıyır.

İstinadlar

Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:İspaniya həndbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları