Türkləşdirmə — əhalinin və ya yerlərin mədəniyyət, dil, tarix və ya etnik mənsubiyyət kimi türk atributlarını qəbul etdiyi və ya mənimsədiyi yerdəyişməni təsvir edir. Bununla belə, çox vaxt bu termin daha dar mənada sadəcə türk deyil, konkret türkiyəli mənasında tətbiq edilir, buna görə də Osmanlı imperiyasına və Türkiyə Respublikasının Türkiyədə yaşayan etnik azlıqlara qarşı türk milliyətçi siyasətinə xitab edilir. Türk dövlətləri inkişaf etdikcə və böyüdükcə bu mədəni dəyişikliyin bir çox nümunələri olmuşdur.

Türkləşmənin ən erkən nümunəsi Mərkəzi Asiyada baş bermişdir. O zaman b.e. VI əsrində Daxili Asiyadan türk tayfalarının köçü regionda yaşayan İran xalqları arasında dil dəyişikliyinə səbəb olmuşdur. Həmçinin, b.e. VIII əsrinə qədər Qaşqarın türkləşdirilməsini qarluq türkləri başa çatdırmış və əhalini islamlaşdırmışdılar.

O zamanlar əsasən ellinləşdirilmiş yunandilli müxtəlif xalqların yaşadığı Anadolunun türkləşməsi Səlcuqlu imperiyası və Rum suultanlığı dövründə baş vermişdir.:"Anatolia had been the homeland of many peoples, the scene of many civilizations, and had served them as a bridge between three continents" "After the battle of Manzikert, there were swift and sudden changes in the ethnic features of Anatolia. Because the great Turkish migration and colonization were neither studied nor understood, the process of Turkification in Anatolia remained an enigma, and some historians ascribed these changes to the annihilation or mass conversion to Islam of the local population. While there were indeed conversions and losses of population on both sides, the inaccuracy of such conjectures, which fail to take about of migration and ethnic changes, is shown even by a general picture of events as drawn above."

Etimologiya XX əsrdən əvvəl Anadolu, Balkan, Qafqaz və Yaxın Şərq vilayətlərinin osmanlılaşmaya məruz qaldığı deyilirdi. XX əsrdə Türkiyə milliyətçiliyinin yüksəlişindən sonra "türkləşdirmə" "osmanlılaşdırma" ilə əvəz olunmağa başlamışdı.

Termin yunan dilində Bizans imperiyası dövründə, 1300-cü illərdən dövründən "" və ya "" kimi istifadə edilmişdir. Bu, hərfi mənada "türk olmaq" deməkdir. Bu ifadə şəxslərdən başqa türklər tərəfindən fəth edilən şəhərlərə və ya məscidə çevrilmiş kilsələrə də aid edilirdi. Daha çox "" ("türkləşdirmək" və ya "türk olmaq") fel şəklində istifadə olunur. Emile Louis Jean Legrand, Chrestomathie grecque moderne, 1899, p. 479. "τουρκεύω, rendre turc, se faire turc.

Həmçinin bax Azərbaycanlılaşdırma Farslaşdırma Kürdləşdirmə Türkçülük Günəş dil nəzəriyyəsi Türk-İran ənənəsi

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Mədəni assimilyasiya Kateqoriya:Türk milliyətçiliyi Kateqoriya:Türk dilləri