– Yaponiya generalı. Rus-yapon müharibəsində kiçik zabit kimi iştirak etmiş, növbəti illərdə Yaponiyanın aparıcı hərbi xadimlərindən biri olmuşdur.
Həyatı və karyerası Cinzaburo Masaki 1876-cı ildə Yaponiyanın Saqa prefekturasında doğulmuş, 1897-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Rus-yapon müharibəsinə leytenant kimi qatılan Masaki 6-cı diviziyanın bölük komandiri təyin olunmuş, 1904-cü ilin sonunda kapitan rütbəsinə yüksəlmişdir. 1933-cü ildə general olmuş, 1934-cü ildə isə hərbi təhsil müfəttişi təyin olunmuşdur.
Masaki 1930-cu illərin əvvəllərində Sadao Araki ilə birlikdə orduda Kodoha adlı ultramilliyyətçi qruplaşmaya başçılıq etmişdir. 1935-ci ildə hökumətin öndə gələn siyasi fiqurlarına qarşı sui-qəsd cəhdi planı ilə əlaqəsinə görə ordudan xaric edilmişdir. 1936-cı ildə baş verilmiş hərbi çevriliş cəhdi ilə ittiham olunmuş, lakin yetərli sübut olmadığı üçün bəraət qazanmışdır. İkinci dünya müharibəsindən sonra Tokio Müharibə Cinayətləri Məhkəməsində A dərəcəli müharibə cinayəti kimi mühakimə olunmuş və iki il həbs cəzası almışdır.
Qeydlər
Ədəbiyyat
İstinadlar
Xarici keçidlər İkinci dünya müharibəsinin generalları
Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsi hərbçiləri Kateqoriya:Yaponiya generalları