İslam İnqilabı Şurası () — Ayətullah Ruhullah Xomeyni tərəfindən 10 yanvar 1979-cu ildə İrana qayıtmazdan əvvəl İslam İnqilabını idarə etmək üçün yaradılmış qrup.Bakhash, Shaul, Reign of the Ayatollahs, Basic Books, 1984, p.64 Şuranın qurulmasından növbəti bir neçə ay ərzində şuradan bankların milliləşdirilməsindən tutmuş tibb bacılarının maaşlarına qədər hər şeyi əhatə edən yüzlərlə qərar və qanunlar çıxarılmışdır.Bakhash, Shaul, Reign of the Ayatollahs, Basic Books, 1984, p.65 Onun mövcudluğu inqilabın erkən, daha az təhlükəsiz dövründə sirr olaraq saxlanılmış,during the time of Khomeini's arrival in Tehran (1 February 1979) the council was described as "secret" by Baqer Moin in his book Khomeini, p.200) və şuranın üzvləri və nə etdiyinin dəqiq mahiyyəti 1980-ci ilin əvvəllərinə qədər ictimaiyyətə açıqlanmamışdır. Şura üzvlərindən bəziləri Motəhhəri, Taleqani, Bahünər, Behişti, Qarani İran-İraq müharibəsi zamanı həlak olmuş və ya İran İnqilabının möhkəmlənməsi zamanı XMT tərəfindən öldürülmüşdülər. Qalanların çoxu rejim tərəfindən kənarlaşdırılmışdır.Momen, Moojan, An Introduction to Shi'i Islam, Yale University Press, 1985, p. 290

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:İranın dövlət quruluşu Kateqoriya:İran İslam İnqilabı Kateqoriya:İranda siyasət