Korarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Korarx kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Korarx kəndi Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Korarx kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Toponimikası Kənd vaxtilə mövcud olmuş Korarx (tutulmuş, batmış arx) adlı arxın kənarında salındığına görə belə adlanmışdır. Gürcüstanın Marneuli rayonunda Dəmyə Korarx adlı kənd var.
Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir.
Əhalisi
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağdaş rayonunun kəndləri