Naxçıvanda parlament seçkiləri (2020) — 9 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş növbədənkənar seçkilər.
Zəmin V çağırış Azərbaycan Respublikasının Milli Məclisi özünü buraxma qərarı aldıqdan sonra Azərbaycan Prezidenti parlamenti buraxaraq növbədənkənar parlament seçkiləri elan etmişdir. Bu qərarın ardınca Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov da Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 2020-ci il fevralın 9-na növbədənkənar seçkilər təyin etmişdir.
Partiyalardakı vəziyyət Hakim Yeni Azərbaycan Partiyası və Böyük Quruluş Partiyası seçkilərdə iştirak qərarı almışdır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmişdir.
Digər partiyalar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
Namizədlər Böyük Quruluş Partiyası seçkilərdə 1 namizədlə mübarizə aparacağını elan etmişdir.
Yeni Azərbaycan Partiyası 45 seçki dairəsindən 42-sində vahid namizədlə seçkilərə qatılmış, digər 3 seçki dairəsində isə bitərəf namizədləri dəstəkləmişdir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçkiləri boykot qərarına baxmayaraq, partiya üzvlərindən 1-i deputatlığa namizədliyini irəli sürmüşdür. Bu şəxs isə Naxçıvan Ali Məclisinin deputatı Əhəd Cəfərli olmuşdur. O, 2010-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü elan olunsa da, Klassik Xalq Cəbhəsi Partiyası Əhəd Cəfərlinin öz partiyalarının üzvü olduğunu elan etmişdir.
Naxçıvan Muxtar Respublikasının 45 seçki dairəsi üzrə 140 deputatlığa namizəd qeydə alınmışdır.
Seçki Seçki günü bülletenlərdə 140 namizədin adı olmuş, onlardan 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü, digər 87-si hakim Yeni Azərbaycan Partiyası üzvü, 52-si isə bitərəf olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4–15 saylı seçki məntəqəsində səs vermişdir.
Nəticələr 22 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair qərar qəbul etmişdir. Beləliklə, 45 nəfər deputat seçilmişdir.
Ümumi EtibarlıEtibarsızÜmumiMəntəqə sayı3160316Dairə sayı45045Seçici sayı - -271 771Səslər187 8072 862190 669Seçici fəallığı - -69.1%
Partiyalar üzrə Siyasi partiyaSədrSəsMandat#%+\-Sayı+\-Mandat qazanan Yeni Azərbaycan Partiyasıİlham Əliyev Bitərəf- Azərbaycan Xalq Cəbhəsi PartiyasıƏli Kərimli 2 295
Qeydlər
İstinadlar
Kateqoriya:Naxçıvan Muxtar Respublikasında siyasət Kateqoriya:2020-ci ildə seçkilər