2024 Avroviziya Mahnı Müsabiqəsi — 68-ci Eurovision Mahnı Müsabiqəsidir. 2024 Avroviziya Mahnı Müsabiqəsi İsveçin Malmö şəhərində keçirildi, Loreen 2023 Avroviziya Mahnı Müsabiqəsində "Tattoo" mahnısı ilə qalib gəldi. Yarış Avropa Yayım Birliyi və Sveriges Televiziyasının (SVT) birgə təşkilatçılığı ilə 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə Malmö Arenada keçirilmişdir. Müsabiqənin aparıcıları Malin Akerman və Petra Mede olub. Mede əvvəllər bu vəzifəni 2013 və 2016-cı illərdə tutub.
Otuz yeddi ölkənin qatıldığı müsabiqəyə sonuncu dəfə qatılan Lüksemburq 1993-cü ildə 31 ildən sonra geri qayıdıb, Rumıniya isə müsabiqədən çəkilib. Hollandiya finala vəsiqə qazansa da, yarışdan kənarlaşdırılaraq finalda iştirak edə bilmədi. Hollandiyalı tamaşaçılar isə səsvermə hüququnu özündə saxlayırdı. Həmas-İsrail müharibəsi səbəbindən İsrailin iştirakçı ölkələr sırasına daxil edilməsi çox müzakirə mövzusu olsa da, yarışmadan çəkilmədi və tədbir üçün əlavə təhlükəsizlik tədbirləri görüldü.
Qalib Nemonun ifa etdiyi, sözləri Benjamin Alasu, Lasse Midtsian Nymann və Linda Dale tərəfindən yazılmış "The Code" mahnısı ilə İsveçrə oldu. Münsiflər heyətinin səsverməsində ən çox xal toplayan İsveçrə tamaşaçıların səsverməsində beşinci olub və ümumilikdə 591 xalla müsabiqənin qalibi olub. Xorvatiya tamaşaçıların səsverməsində birinci, ümumi səslərdə isə ikinci yeri tutdu ki, bu ölkənin müstəqil ölkə kimi indiyə qədərki ən yaxşı nəticəsidir. İlk beşliyə daxil olan digər ölkələr isə Ukrayna, Fransa və İsrail olub.
Keçirildiyi yer İsveçin 2023-cü il müsabiqəsindəki qalibiyyətindən dərhal sonra, 2024-cü ildə yarışmaya ev sahibliyi etməkdə maraqlı olduqlarını bildirən ilk şəhərlər ölkənin üç ən böyük şəhəri olan Stokholm, Göteborq və Malmö, eləcə də daha əvvəl müsabiqəyə ev sahibliyi etmiş şəhərlər oldu.
SVT, maraqlı şəhərlərin rəsmi müraciət etməsi üçün 12 iyun 2023-cü il tarixini təyin etdi. Stokholm və Göteborq müvafiq olaraq 7 və 10 iyunda öz təkliflərini rəsmi olaraq elan etdi, ardınca 13 iyunda Malmö və Örnsköldsvik. Müraciət müddətinin bağlanmasından qısa müddət əvvəl SVT bir neçə təklif aldığını açıqladı, daha sonra onların bu dörd şəhərdən gəldiyini aydınlaşdırdı. İyulun 7-də Göteborq və Örnsköldsvikin təkliflərinin ləğv edildiyi bildirildi. Həmin gün EBU və SVT Malmö şəhərini ev sahibi şəhər elan etdi. Şəhər Arena Tutum Qeyd Göteborq Scandinavium 14,000 1985 Avroviziya Mahnı Müsabiqəsi-nin keçirildiyi arena. Malmö Malmö Arena 15,500 2013 Avroviziya Mahnı Müsabiqəsi-nin keçirildiyi arena. Örnşöldsvik Hagglunds Arena 9,800 —Stokholm Friends Arena 65,000 Friends Arena İsveçin və bütün Şimali Avropanın ən böyük futbol stadionudur. Tele2 Arena 45,000
İştirakçı ölkələr Aşağıda adları göstərilən ölkələr Avroviziya 2024-də iştirak ediblər.
1-ci Yarımfinal 7 may tarixində baş tutan yarımfinal mərhələsində 15 ölkə iştirak etdi. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda , və səsvermədə iştirak edib.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. № Ölkə Dil Müğənni Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Silia Kapsis "Liar" "Yalançı"667 02 Serbcə Teya Dora "Ramonda" -1047 03 Litvaca Silvester Belt "Luktelk" "Dayan"4119 04 İngiliscə Bambie Thug "Doomsday Blue" "Qiyamət Mavisi"3124 05 Ukraynca Alyona Alyona & Jerry Heil "Teresa & Maria" "Tereza & Mariya"2173 06 İngiliscə Luna "The Tower" "Qüllə"1235 07 İngiliscə Baby Lasagna "Rim Tim Tagi Dim" -1177 08 İngiliscə Hera Björk "Scared of Heights" "Yüksəklikdən Qorxan"153 09 Slovencə Raiven "Veronika" -951 10 İngiliscə Windows95man "No Rules!" "Qayda Yoxdur!"759 11 İngiliscə Natalia Barbu "In the Middle" "Ortada"1320 12 Azərbaycan Fahree ft. İlkin Dövlətov "Özünlə apar" -1411 13 İngiliscə, Yankunytjatjara Electric Fields "One Milkali (One Blood)" "Bir İmperiya (Bir Qan)"1141 14 Portuqalca Iolanda "Grito" "Qışqırıq"858 15 Fransızca, İngiliscə Tali "Fighter" "Döyüşçü"5117
2-ci Yarımfinal 9 may tarixində baş tutan yarımfinal mərhələsində 16 ölkə iştirak etdi. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda , və səsvermədə iştirak edib.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. № Ölkə Dil Müğənni Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Sarah Bonnici "Loop" "Döngü"1613 02 Albanca Besa "Titan" -1514 03 Yunanca Marina Satti "Zari" "Zər"586 04 İngiliscə Nemo "The Code" "Şifrə"4132 05 İngiliscə Aiko "Pedestal" "Dayaq"1138 06 İngiliscə Kaleen "We Will Rave" "Biz Bacaracağıq"946 07 İngiliscə Saba "Sand" "Qum"1236 08 Ermənicə Ladaniva "Jako" -3137 09 İngiliscə Dons "Hollow" "Çuxur"772 10 İspanca, İngiliscə Megara "11:11" -1416 11 İngiliscə Nutsa Buzaladze "Firefighter" "Yanğınsöndürən"854 12 İngiliscə Mustii "Before the Party's Over" "Şənlik Bitməzdən Əvvəl"1318 13 Estonca 5mminust & Puuluup "(Nendest) narkootikumidest ei tea me (küll) midagi" "Biz (bu) dərmanlar haqqında (hələ ki) heç nə bilmirik"679 14 İngiliscə, İvritcə Eden Golan "Hurricane" "Çovğun"1194 15 Norveçcə Gåte "Ulveham" "Qurd Adam"1043 16 Niderlandca Joost Klein "Europapa" "Avropapa"2182
Final
№ Ölkə Müğənni Mahnı Tərcümə Yer Xal 01 Marcus & Martinus "Unforgettable" "Unudulmaz" 9 174 02 Alyona Alyona & Jerry Heil "Teresa & Maria" "Tereza & Mariya"3453 03 Isaak "Always on the Run" "Həmişə Qaçışda"12117 15 Tali "Fighter" "Döyüşçü"13103 05 Joost Klein "Europapa" "Avropapa" 06 Eden Golan "Hurricane" "Çovğun"5375 07 Silvester Belt "Luktelk" "Dayan"1490 08 Nebulossa "Zorra" 2230 09 5mminust & Puuluup "(Nendest) narkootikumidest ei tea me (küll) midagi" 2037 10 Bambie Thug "Doomsday Blue" "Qiyamət Mavisi"6278 11 Dons "Hollow" "Çuxur"1664 12 Marina Satti "Zari" "Zər"1112613 Olly Alexander "Dizzy" "Başgicəlləndirən"1846 14 Gåte "Ulveham" "Qurd Adam"2516 15 Angelina Mango "La noia" "Cansıxıcılıq"7268 16 Teya Dora "Ramonda" -1754 17 Windows95man "No Rules!" "Qayda Yoxdur!"1938 18 Iolanda "Grito" "Qışqırıq"10152 19 Ladaniva "Jako" -8183 20 Silia Kapsis "Liar" "Yalançı"1578 21 Nemo "The Code" "Şifrə"1591 22 Raiven "Veronika" -2327 23 Baby Lasagna "Rim Tim Tagi Dim" -2547 24 Nutsa Buzaladze "Firefighter" "Yanğınsöndürən"2134 25 Slimane "Mon amour" "Sevgim" 4 445 26 Kaleen "We Will Rave" "Biz Bacaracağıq"2424
Digər ölkələr
Avropa Yayım İttifaqına üzv ölkələr
— Şimali Makedoniyanın yayım şirkəti MRT maliyyə məhdudiyyətlərinə görə 2023-cü il müsabiqəsində iştirak etmədi, lakin vəziyyəti stabilləşərsə, 2024-cü ildə geri dönəcəyini bildirdi. 2023-cü ilin martında MRT-nin 2024-cü il müsabiqəsində iştirakını müzakirə etdiyi bildirildi. Şimali Makedoniya sonuncu dəfə 2022-ci ildə iştirak edib. Müzakirələrin nəticəsində 2024-cü ildə yarışmada iştirak etmədi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2024 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:2024-cü ildə Lüksemburq Kateqoriya:2024-cü ildə musiqi