Nquyen Hıyu An (; ) — Vyetnam hərbçisi, Vyetnam Xalq Ordusunun generalı.
Həyatı Nquyen Hıyu An, Vyetnamın Ninbin vilayətində anadan olmuşdur. 1945-ci ilin sentyabrında Vyetnam Xalq Ordusuna qoşulmuşdur. Birinci Hind-Çin müharibəsində An bir neçə həlledici döyüşdə iştirak etmişdir. 1949-cu ildə Bonq Lau keçidi və Lunq Fay döyüşlərində iştirak etmişdir. Növbəti il Sərhəd kampaniyasında iştirak etmiş, Donq Khe döyüşündə 174-cü alayın 251-ci batalyonunun komandiri olmuşdur. Dyenbyenfu döyüşündə 316-cı diviziyanın 174-cü alayına komandanlıq etmiş və üç dəfə A1 təpəsinə hücum keçirmişdir. Vyetnam müharibəsində Ya-Dranq döyüşündə Şimali Vyetnam qüvvələrinə komandanlıq etmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.Đường tới Điện Biên Phủ (Đại tướng Võ Nguyên Giáp) – Nhà xuất bản Quân đội nhân dânChiến trường mới (Thượng tướng Nguyễn Hữu An) – Nhà xuất bản Quân đội nhân dânLịch sử kháng chiến chống Mỹ cứu nước 1954–1975 (Viện lịch sử quân sự Việt Nam) – Nhà xuất bản Chính trị quốc gia
Mükafatlar Vyetnam Kommunist Partiyası və Vyetnam Dövləti onu təltif etmişdir:
Birinci dərəcəli "İstiqlal" ordeni İki dəfə birinci dərəcəli "Hərbi fəaliyyətlərə görə" ordeni Üçüncü dərəcəli "Hərbi fəaliyyətlərə görə" ordeni "Azadlıq uğrunda hərbi fəaliyyətlərə görə" üçüncü dərəcəli ordeni İki dəfə birinci və ikinci dərəcəli "fəaliyyətə görə" ordeni İkinci dərəcəli "Qələbə" ordeni
İstinadlar
Əlavə ədəbiyyat Điện Biên Phủ qua những trang hồi ức (Nhiều tác giả) – Nhà xuất bản Quân đội nhân dân Ký ức Tây Nguyên (Thượng tướng Đặng Vũ Hiệp) – Nhà xuất bản Quân đội nhân dân Tổng hành dinh trong mùa xuân toàn thắng (Đại tướng Võ Nguyên Giáp) – Nhà xuất bản Chính trị quốc gia Nguyễn Hữu An – Vị tướng trận mạc (Hội Khoa học Lịch sử Việt nam) – Trung tâm UNESCO bảo tồn và phát triển văn hóa dân tộc Việt nam
Kateqoriya:Vyetnam hərbçiləri Kateqoriya:Vyetnam kommunistləri