Fan Khak Şıu (; ) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, mühəndisi, Vyetnam Respublikasının dövlət başçısı (1964–1965).

Həyatı Fan Khak Şıu 9 yanvar 1905-ci ildə anadan olmuşdur.Theo Trần Sinh Cát Bình, nguyên Chủ tịch Ủy ban Nghi lễ Quốc táng Quốc trưởng Phan Khắc Sửu. Paris və Tunisdə kənd təsərrüfatı mühəndisliyi təhsili almışdır. O, 1930-cu ildə Vyetnama qayıdaraq İqtisadi İnkişaf Departamentində elmi işlər üzrə direktor vəzifəsində çalışmışdır. Fan Khak Şıu Kaoday dini təlimlərinin ilk tərəfdarlarından idi. O, sonradan müstəmləkəçilik əleyhinə hərəkat sıralarına qoşulmuşdur. 1940-cı ildə inqilabi hadisələrdə fəal iştirak etmiş, buna görə 8 il ağır işlərə məhkum olunmuşdur.Theo Trần Sinh Cát Bình, nguyên Chủ tịch Ủy ban Nghi lễ Quốc táng Quốc trưởng Phan Khắc Sửu.

Fan Khak Şıu 1945-ci ildə Fransanın dəstəklədiyi antiyapon mübarizəsində iştirak etmək üçün sərbəst buraxılmışdır. 1948-ci ildən Fransanın müstəmləkə hakimiyyətləri ilə əməkdaşlıq etmiş, 1949-cu ildə Bao-dayın hakimiyyəti altında qısa müddətə kənd təsərrüfatı naziri vəzifəsini icra etmişdir.Theo Trần Sinh Cát Bình, nguyên Chủ tịch Ủy ban Nghi lễ Quốc táng Quốc trưởng Phan Khắc Sửu. O, Nqo Din Zyemin prezidentliyi dövründə də eyni vəzifəni tutmuşdu, lakin hakim elitanın aqrar islahatlar aparmaq istəyinin olmaması səbəbindən istefa vermişdir.

İstinadlar

Kateqoriya:Cənubi Vyetnam siyasətçiləri Kateqoriya:Vyetnam nazirləri Kateqoriya:Cənubi Vyetnamın dövlət başçıları