Cəsus qızlar () — Vincent Chalvon-Demersay və David Michel tərəfindən yaradılmış, Fransa-Kanada studiyaları tərəfindən istehsal olunmuş anime bənzəri cizgi serialı. Serialda Beverli-Hillzdə yaşayan və Ümumdünya İnsan Mühafizəsi Təşkilatında (ÜİMT) məxfi cəsus kimi fəaliyyət göstərən üç qızdan bəhs edilir.

Məzmun Serialda ABŞ-nin Beverli-Hillz şəhərində yaşayan Sem, Klover və Aleks adlı üç yeniyetmə qızdan bəhs edilir. Onlar ÜİMT adlı bir təşkilatın məxfi cəsusları kimi gizli fəaliyyət göstərilər. Onların rəhbəri Cerri onları dünyada baş verən cinayətlərin üstünü açmaları üçün işə götürüb. Bunun üçün qızlar lateksdən hazırlanmış rəngli geyimlər geyinir və müxtəlif qacetlərdən istifadə edirlər. Onların əsas missiyaları qisas almaq istəyən və ya bir vaxtlar qızların hərəkətlərindən təsirləndikləri üçün problem yaradan cinayətkarları dayandırmaqdan ibarətdir. Bəzən bu bədxahlar qızların şəxsi həyatını da pozmağa çalışırlar. Cəsus həyatları ilə yanaşı, hekayə qızların orta məktəb və daha sonra universitet tələbələri kimi gündəlik həyatlarına da diqqət yetirir. Onlar münasibətləri ilə məşğul olur və tez-tez məktəb düşməni Mendi ilə bacarmalı olurlar.

Yaranması Serialın ideyası musiqi sənayesində qız qruplarının və qadın müğənnilərin artan populyarlığı səbəbindən yaranıb. David Michel və Vincent Chalvon-Demersay bunu bir fürsət olaraq gördülər və bir il ərzində konsepsiya üzərində işləməyə başladılar. Serialın yaradıcıları anime üslubundan ilham aldıqlarını bildiriblər. İstehsalçı şirkət "Marathon Media" üç qızdan ibarət musiqi qrupu yaradaraq brendi genişləndirmək istəyirdi. Qrup 2002-ci ilin yazında sinql buraxdı, lakin bütöv bir albom yaratmaq və "Totally Spies"ı real qrup kimi qurmaq planı baş tutmadı. 2001-ci ilin yazında serialın payızda "ABC Family" kanalında yayımlanacağı və gələn il "Fox Kids Europe" (Jetix Europe) vasitəsilə bir sıra Avropa ölkələrinə də nümayiş olunacağı elan edildi.

Müsahibəsində David Mişel qeyd etdi ki, serialdan əvvəl oğlanlar üçün çoxlu döyüş-macəra serialları var idi, lakin pop mədəniyyətində Britni Spirs və Spice Girls kimi məşhur qadın müğənnilər olsa da, xüsusi olaraq qızların maraq göstərəcəyi başqa şey yox idi. O, personajları yaratmaq üçün "Clueless" filmindən təsirləndiyini və bunu "Ceyms Bond" formatı ilə qarışdırdığını dedi.

İstinadlar

Kateqoriya:Cizgi serialları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Animasiya serialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Uşaq teleserialları Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış teleseriallar Kateqoriya:Kanadanın ingilis dilli teleserialları