Çempionlar Kuboku 1955/1956 — UEFA-nın ali futbol turniri olan Çempionlar Kubokunun ilk mövsümü. Turnirin qalibi "Real Madrid" olmuşdur. Çempion, 13 iyun 1956-cı ildə Paris şəhərindəki Park de Prens stadionunda keçirilən finalda "Reyms" klubunu məğlub etmişdir. Çempionlar Kubokunun ilk beş mövsümündə iştirakçı klubları L'Équipe futbol qəzeti tərəfindən seçilirdi; klubların Avropada prestijli və tanınmış olmaları qəzetin əsas seçim məyarı idi. İlkin seçilmiş komandalar içərisində İngiltərənin "Çelsi" klubuna ölkəsinin Futbol Assosiasiyası tərəfindən turnirdə iştirak etmək qadağası qoyulmuşdur, çünki qurum turniri yerli futbol yarışlarına maneə törədən kimi görürdü; Şotlandiya klubu "Aberdin" eyni səbəbdən iştirak edə bilməmişdir. Çelsinin yerinə turnirə Polşanın "Qvardiya Varşava" klubu qatıldı. Bundan əlavə, "Holland Sport", "Honvéd" və "AB" klubları müvafiq olaraq Niderland, Macarıstan və Danimarkanı təmsil etmək fürsətindən imtina elədilər, onların yerinə "PSV Eyndhoven", "Vörös Lobogó" və "Orhus" klubları (1997–98 mövsümünə qədər yerli liqanı udmadan və ya turnirin son qalibi olmadan Çempionlar Kubokuna vəsiqə qazanan sonuncu klublar oldular) çıxış etdilər. Bu, eyni zamanda 1957-ci ildə Qərbi Almaniyaya birləşdirilmiş Saarland təmsilçisinin iştirak etdiyi yeganə UEFA turniri idi.
İlk tur cütlükləri təşkilatçılar tərəfindən təyin edildi və növbəti mövsümlərdən fərqli olaraq püşkatma baş tutmadı.
Klublar Rapid Vyana Anderlext Orhus Reyms Vörös Lobogó Milan PSV Eyndhoven Qvardiya Varşava Sportinq Saarbrükken Hibernian Real Madrid Yurqorden Servett Rot-Vayss Essen Partizan
Birinci raund
1/4 final mərhələsi
Yarımfinal
Final
Bombardirlər YerAdKlubQol sayı1 Miloş Milutinoviç Partizan82 Peter Palotaş Vörös Lobogó6 Leon Qlovatski Reyms4 Rene Bliyar Reyms5 Ektor Rial Real Madrid Alfredo Di Stefano Real Madrid7 Mixay Lantoş Vörös Lobogó4 Qunnar Nordal Milan Mişel Leblon Reyms10 Alfred Körner Rapid Vyana3 İppolit Van Den Boş Anderlext Yon Eriksson Yurqorden Eddi Törnbull Hibernian Xuan Alberto Skyaffino Milan Corco Dal Monte Milan Xoseito Real Madrid
İstinadlar
Xarici keçidlər
1955/1956 mövsümü UEFA-nın saytında 1955/1956 mövsümünün bütün oyunları UEFA-nın saytında UEFA protokollarına görə Çempionlar Kuboku 1955/1956-da qol vuran bütün oyunçular
Kateqoriya:1955-ci ildə idman Kateqoriya:UEFA Çempionlar Liqasının mövsümləri Kateqoriya:1956-cı ildə idman Kateqoriya:1955/1956 mövsümündə Avropada futbol