– Yaponiyanın Ayçi prefekturasının Seto şəhərində yerləşən muzey. Maneki-nekolara həsr olunmuş ən böyük muzeydir.

Tarixi Muzeyin əsası 2000-ci ildə Yaponiya Maneki-neko Klubu tərəfindən Qunma prefekturasının Tsumaqoy qəsəbəsində qoyulmuşdur. Muzey 2004-cü ilə qədər burada fəaliyyət göstərdikdən sonra 2005-ci ilin martında indiki yerinə – Ayçi prefekturasının Seto şəhərinə köçürülmüşdür.

Xüsusiyyətlər Muzey kolleksiyasının böyük hissəsini Hiroşi Bando və Çihiro Arakava tərəfindən toplanılmış minlərlə maneki-neko təşkil edir. Muzeyin kolleksiyasına tarixi maneki-nekolar ilə yanaşı oyuncaq kimi istifadə olunmuş və ya məbədlərdən götürülmüş maneki-nekolar daxildir. Burada həmçinin başqa oyuncaqlar da sərgilənir, daimi və xüsusi sərgilər təşkil olunur. Muzeyin birinci mərtəbəsində yerləşən "Məkan 29"-da müasir maneki-neko sənətçilərinin işləri sərgilənir. Yaradıcılıq guşəsində ziyarətçilər öz maneki-nekolarını hazırlaya bilərlər.

Muzey binası Qərb üslubunda olub Tayşo dövrünün memarlığını əks etdirir. Bina yerli sənətçi Yasumaro Ozava tərəfindən hazırlanmış pişik dekorasiyaları ilə bəzədilmişdir. Muzeyin hədiyyə mağazasında maneki-neko mövzusunda olan hədiyyələr, fiqurlar, boşqablar, rəsmlər, fincanlar, dəsmallar, çayniklər və s. satılır. Muzeyin kafesində pişik formasında olan çayniklərdən içki servis edilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiyadakı incəsənət muzeyləri Kateqoriya:Ayçi prefekturasındakı muzeylər Kateqoriya:2005-ci ildə Yaponiyada yarananlar Kateqoriya:2005-ci ildə yaradılmış muzeylər Kateqoriya:Seto (Ayçi)