Larisa Pompeyevna Aleksandrovskaya (; ) — Belarus-sovet müğənnisi (soprano), rejissoru, ictimai xadimi. SSRİ xalq artisti (1940). SSRİ Dövlət mükafatı laureatı (1941). 1942-ci ildən Sov.İKP üzvü. 1920-ci ildən səhnə fəaliyyətinə başlamışdır. Belarus Opera və Balet Teatrının solisti (1933–1951), baş rejissor (195–1961) olmuşdur. Aleksandrovskaya ilk professional belarus müğənnilərindəndir. Partiyaları: Marısya ("Mixas Podqornı", Y. Tikotski), Nadeyka ("Səadət çiçəyi", A. Turenkov), Tatyana, Liza ("Yevgeni Onegin", "Qaratoxmaq qadın", P. İ. Çaykovski), Karmen ("Karmen", J. Bize). Aleksandrovskayanın yaratdığı obrazlara səmimilik lirizm xasdır. "Polesyeli qız" (1952, Y. Tikotski), "Aida" (1953, C. Verdi), "Nadejda Durova" (1956, A. Boqatıryov) operaları tamaşaya qoymuşdur. SSRİ Ali Sovetinin (II–IV çağırış) deputatı olmuşdur. 3 dəfə "Lenin" ordeni, "Oktyabr inqilabı" və "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər
Статья «Лариса Александровская была счастлива только на сцене» в газете «Вечерний Минск» за 14 февраля 2003 г.
Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Belarus aktivistləri Kateqoriya:Belarus müğənniləri