Qarfildin şousu () — "Dargaud Media" və "Paws, Inc." tərəfindən hazırlanmış fransız–amerikan animasiya serialı. Cim Devisin yaratdığı "Qarfild" karikaturası əsasında çəkilib. Animasiya serialında Qarfild, Odi və sahibləri Con Arbaklın sərgüzəştlərindən bəhs edilir. 1988-ci çəkilmiş "Qarfild və dostları" cizgi serialı üzərində işləmiş Devis və prodüser Mark Evanier bu animasiyanın hazırlanması üçün yenidən bir araya gəliblər. Personajlar Frank Welker, Wally Wingert, Julie Payne, Jason Marsden və Gregg Berger tərəfindən səsləndirilib.
İstinadlar
Kateqoriya:Animasiya serialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Uşaq teleserialları Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:ABŞ komikslərinə əsaslanan filmlər Kateqoriya:2000-ci illərin ABŞ sitkomları