Türkiyə Respublikası Dövlət Şərəf medalı — Nazirlər Şurasının təklifi və təsdiqi, Prezidentin sərəncamı ilə verilən qızıl örtüklü medal.
Dövlət Şərəf medalı Türkiyə Respublikasının ən yüksək mülki medalıdır. Medal necə verilir Türkiyə Respublikasının inkişafı, ölkə və millətin bölünməz bütövlüyü, cəmiyyətin sülh, birlik və həmrəyliyi üçün daxildə və ya xaricdə müstəsna fədakarlıq, müvəffəqiyyət və faydalılıq göstərən türk və xarici şəxslərə verilən metal və qızıl örtüklü medaldır. Bu medal Nazirlər Şurasının təklifi və Prezidentin sərəncamı ilə verilir.
Dövlət Şərəf medalı ilk olaraq 28 Fevral dövrünün Baş Qərargah rəisi general İsmayıl Haqqı Karadayıya verilib. 28 avqust 1998-ci ildə keçirilən mərasimdə dövrün 9-cu prezidenti Süleyman Dəmirəl medalı Karadayıya təqdim etdi. Dövlət “Şərəf” medalını alan ikinci şəxs isə 9-cu prezident Süleyman Dəmirəl olub. Süleyman Dəmirəlin medalı prezidentlikdən getdikdən bir ay sonra, 16 iyun 2000-ci ildə keçirilən mərasimdə onun varisi prezident Əhməd Necdət Sezər tərəfindən təqdim edilib. Dəmirəl medalı 2002-ci ildə Bülənd Ecevit hökumətinin təklifi ilə prezident Sezərin təklifi ilə alıb. Karadayıdan sonra medal səlahiyyət müddəti başa çatan general Hüseyn Kıvrıqoğluna verilib. General Hilmi Özkök Dövlət Şərəf medalı ilə təltif edilən Baş Qərargah rəisi olub. Medalın forması Ellips formalıdır. Çapı 45 mm-dir. Üzəri qızıl örtüklüdür. Kompozisiyanın üzü qabarıq, digər üzü isə uyğun motivli və simvolludur. T.C. Dövlət Şərəf medalı yazısı ilə dəyərləndirilir. Medal çap texnikasına uyğun olaraq relyef (batmış-çıxıntılı) şəklində, maksimum qalınlığı (2,5 mm) olmaqla tərtib edilmişdir. Ay-ulduz motivi və T.C. hərfləri vardır. Medalın döş nişanının forması Onun forması düzbucaqlı və ölçüsü 1,2,3 sm-dir. Qızılla örtülmüş kimi hazırlanır və tərkibində T.C. hərfləri vardır. (Emada qırmızı və ağ rənglərdən istifadə olunur.) Medalın verilmə mərasimi Qanuna görə, medal və ordenlər hüququnu alan şəxsə, vəsiqə və döş nişanı Prezident və ya Prezidentin təyin etdiyi şəxs tərəfindən təşkil edilən mərasimdə verilir. Bu mükafatı qazanan həyatda yoxdursa mükafat onun anasına, əgər anası da yoxdursa, həyat yoldaşına verilir.
Medalla təltif olunan şəxslər Sıra Ölkə Ad Vəzifə Tarix Mükafatlandıran Mənbə 1 İsmayıl Haqqı KaradayıTürkiyə Silahlı Qüvvələrinin 22-ci Baş Qərargah rəisi 28 avqust, 1998 Süleyman Dəmirəl 2 Süleyman DəmirəlTürkiyə Cümhuriyyətinin 9-cu PrezidentiTürkiye Cumhuriyeti 16 iyun, 2000 Əhməd Necdət Sezər 3 Hüseyn KıvrıqoğluTürkiyə Silahlı Qüvvələrinin 23-cü Baş Qərargah rəisi 28 avqust, 2002 4 Rauf DenktaşŞimali Kipr Türk Respublikasının 1-ci prezidenti 6 iyul, 2005 5 Hilmi ÖzkökTürkiyə Silahlı Qüvvələrinin 24-cü Baş Qərargah rəisi 28 avqust, 2006 6 Yaşar BöyükanıtTürkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi 28 avqust, 2008 Abdullah Gül 7 Abdullah GülTürkiyə Cümhuriyyətinin 11-ci Prezidenti 28 avqust, 2014 Recep Tayyip Erdoğan 8 Necdət ÖzəlTürkiyə Silahlı Qüvvələrinin 28-ci Baş Qərargah rəisi 11 avqust, 2015 9 Binəli YıldırımTürkiyə Silahlı Qüvvələrinin 27-ci Baş Qərargah rəisi 13 iyul, 2018
İstinadlar
Xarici keçidlər Medallar və Nişanlar Qanunu